• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏETMƏNİN YARADICISIDIR

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bir sıra tədbirlər həyata keçirirlər. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, eləcə də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Bakı və Bakı ətrafı bələdiyyə sədrlərinin də iştirak etdiyi tədbirdə qeyd edilib ki, Ümummilli Liderimiz Heydər Əliyev “yerli özünüidarəetmənin yaradılmasını Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesinin bir sahəsidir” kimi qiymətləndirib. “HEYDƏR ƏLİYEV-100 İl” adlı tədbirdə bildirilib ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də bələdiyyələrin statusunun əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli Ulu Öndərimiz tərəfindən qoyulan ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülüb və görülməkdədir. Bildirilib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşşəbbüsü ilə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində beynəlxalq təcrübədən yararlanaraq yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atırlar. Bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlıq davam etdirilir, yeni qanunların qəbul olunmasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təklifləri nəzərə alınır. Əlavə edilib ki, məhz bu baxımdan da bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin, bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur.

Faydalı Linklər