• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Aydın Muradov

Azərbaycan Bələdiyyələri Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru

Aydın Hacı oğlu Muradov 25.01.1958-cı ildə Yardımlıda anadan olub. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mühəndis mexanika fakultəsini bitirib. 1986-cı ildə isə SSRİ DTK-nın Daşkənd Ali Məktəbinin ali hərbi hüqüq təhsilini alıb. 1983-1985-ci illərdə Əli Bayramlı şəhər XDS-nin deputatı seçilib. 1977-ci ilin noyabr ayından 1981-ci ilin iyun ayınadək müxtəlif vəzifələrdə, o cümlədən Komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Qazax Rayon Komitəsi II katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, Azərbaycan LKGİ Əli Bayramlı şəhər komitəsində I katib işləyib. 1985-ci ilin may ayından 2012- ci ilin yanvar ayınadək Dövlət Təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə o cümlədən əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, idarə rəisi vəzifəsində çalışıb. DTK, MTN, DTX-da xidmətİ zamanı dövlət təltiflərinə layiq görülərək polkovnik rütbəsinə qədər yüksəlib. Müharibə veteranı və Qarabağ qazisidir. 2014-cü ilin aprel ayından etibarən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katibi vəzifəsinə təyin edilmişdir.

Türk və rus dillərini bilir. 

Ailəlidir, üç övladı var.

Telefon: 012 565 85 65

E-Mail: aydin.muradov@abma.gov.az

Faydalı Linklər