“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmaqla bağlı bələdiyyələr üçün mövcud imkanlar haqqında maarifləndirici tədbir təşkil edilmişdir.

10 fevral 2026-cı il tarixdə Bakı şəhərində təşkil edilən tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təmsilçiləri, ölkənin əksər regionlarından 52 bələdiyyəni təmsil edən  nümayəndələr, həmçinin beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Görüşlərin əsas məqsədi “Merlər Razılaşmas”ına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarət oldu. “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” komandası təşəbbüs haqqında məlumat vermək və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim etmək olmuşdur.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.

Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyinin əsas istiqamətlərdən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayan Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov bildirib ki, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platforma olduğunu nəzərə alaraq Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək.

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq qeyd edib ki, tədbirlərin əsas məqsədlərindən biri də şəhər bələdiyyə rəhbərlərinin düzgün qərar qəbul etmələri üçün onları zəruri biliklərlə və məlumatlarla təmin etməkdir.

Tədbirdə Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, Şəki bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatoli Topal “Merlər Razılaşması” təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər.

Ekspertlər tərəfindən qeyd olunub ki, Mingəçevir və Şəki bələdiyyələrinin timsalında “Merlər Razılaşması”nda iştirak artıq Azərbaycanda konkret nəticələr verib.

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli  bildirib ki, “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü bələdiyyələr üçün yeni imkanlar yaradır və ölkə bələdiyyələrin bu imkanlardan maksimal dərəcədə yararlanmağı tövsiyyə edib. O, həmçinin ölkə bələdiyyələrinin vahid mərkəzdən koordinasiya edən təşkilat kimi ABMA tərəfindən təşəbbüsə qoşulmaq istəyən bələdiyyələrə lazımi dəstəyin göstəriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda təşəbbüsə qoşulma ilə bağlı bələdiyyə nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirilib.

Növbəti maarifləndirici tədbirın Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə Naxçıvan şəhərində kçirilməsi planlaşdırılır.

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Useful Links