
Hümbət Hüseynov Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri seçilib
"Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 17.02.2025-ci il tarixdə ilk iclası keçirildi.
Hümbət Hüseynov yenidən Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri seçildi.
Bu münasibətlə Hümbət müəllimi təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.