• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Vüsal Paşayev

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi

Paşayev Vüsal Əli oğlu 23 fevral 1973-cü ildə Tovuzda anadan olub. 1994-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis-mexanika fakultəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1994-ci ildən Kənd Təsərrüfatı Akademiyasında Aspirant kimi başlayıb. 1997-2005 illərdə Kənd Təsərrüfatı Akademiyasında “Traktorlar, avtomobillər və yol hərəkətinin təşkili” kafedrasında assistent, baş müəllim, 2005-2007-ci illərdə Nəqliyyat Nazirliyi, “Yolnəqliyyatservis” Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis, 2007-2011-ci illərdə Azərbaycan Kənd Bələdiyələrinin Milli Assosiasiyasında mərkəz müdiri və icraçı katibi kimi çalışıb. Texnika elmləri namizədidir. 2011-ci ildən isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi  vəzifəsində çalışır 

Türk, rus, ingilis dillərini bilir.  

Ailəlidir, iki övladı var. 

Telefon: 012 565 75 76

E-Mail: vusal.pashayev@abma.gov.az

Faydalı Linklər