Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının

N İ Z A M N A M Ə S İ

I. ÜMUMİ  MÜDDƏALAR

1.1. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (bundan sonra – Assosiasiya) Azərbaycan Respublikasının şəhər inzibati ərazi vahidliklərində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onlara yardım etmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə yaratdıqları ittifaqdır.

1.2. Assosiasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Assosiasiyanın fəaliyyəti könüllülük, üzvlərin hüquq bərabərliyi, qanunçuluq, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə və aşkarlıq prinsiplərinə əsaslanır.

1.4. Assosiasiya hüquqi şəxsdir.

1.5. Assosiasiyanın üzərində öz adı olan möhürü, habelə müəyyən olunmuş nümunədə blankları vardır.

1.6. Assosiasiyanın tam rəsmi adı: Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası.

1.7. Assosiasiyanın qısadılmış adı: AŞBMA.

1.8. Assosiasiyanın mərkəzi ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşir.

 

II. ASSOSİASİYANIN  MƏQSƏD  VƏ  VƏZİFƏLƏRİ

 

2.1. Assosiasiyanın əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.

2.2. Məqsədlərə nail olmaq üçün Assosiasiya aşağıdakı vəzifələri həyata keçirir:

- bələdiyyələrin fəaliyyətinin səmərəli tənzimlənməsi üçün yeni qanunvericilik aktlarının qəbul edilməsinə və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərmək. Bələdiyyələrin inkişafı üçün əlverişli mühitin yaradılması məqsədi ilə layihələr və təkliflər hazırlamaq;

- yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və xarici ölkələrin yerli özünüidarə orqanları, onların birlikləri və yerli özünüidarə məsələləri ilə məşğul olan beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün tədbirlər həyata keçirmək, beynəlxalq təşkilatlarda bələdiyyələri təmsil etmək;

- Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasında əks olunmuş prinsipləri təbliğ etmək, bələdiyyə statusu və fəaliyyəti ilə bağlı bilgiləri yaymaq;

- şəhərlərin sosial-iqtisadi inkişafında, insanların sosial müdafiəsinin gücləndirilməsində, regional və yerli ekoloji tarazlığın qorunmasında bələdiyyələrin rolu ilə bağlı maarifçilik fəaliyyətini həyata keçirmək;

- şəhərlərdə mövcud olan problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə müvafiq proqram, konsepsiya və tədbirlərin hazırlanmasında və icrasında bələdiyyələrə köməklik göstərmək;

- şəhərlərin sosial-iqtisadi inkişafı, ekoloji və digər proqramlarının hazırlanmasında bələdiyyələrə metodiki və əməli köməklik göstərmək, həmin proqramların icrasında iştirak etmək;

- səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- şəhərlərdə mədəni sərvətlərin qorunub saxlanılmasında, mədəniyyət və incəsənətin inkişafına kömək göstərilməsi ilə bağlı bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- bələdiyyələrin cəmiyyətdə nüfuzunun artması, fəaliyyət sahələrinin genişləndirilməsi, əhalinin geniş təbəqələrinin bu proseslərdə iştiraka cəlb edilməsi üçün təbliğat işi aparmaq;

- bələdiyyələrə metodiki, hüquqi, texniki və informasiya təminatı sahəsində yardım göstərmək və onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək etmək;

- bələdiyyələr arasında təcrübə mübadiləsini təmin etmək və qabaqcıl təcrübəni öyrənib yaymaq;

- bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvafiq tədqiqatların, araşdırmaların və monitorinqlərin təşkilinə və keçirilməsinə yardım göstərmək;

- bələdiyyələrə xarici ölkələrdə fəaliyyət göstərən müvafiq yerli özünüidarə orqanları ilə bağlı əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə kömək etmək;

- beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmaq;

- Assosiasiyanın məqsədindən və bələdyyələrin ehtiyaclarından irəli gələn digər vəzifələri həyata keçirmək.

 

III. ASSOSİASİYANIN  HÜQUQLARI

3.1. Assosiasiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

- öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları və bələdiyyələr qarşısında məsələlər qaldırır, sorğu edir, rəy və təkliflərini verir;

- bələdiyyə üzvlərinin və qulluqçularının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti orqanları qarşısında məsələ qaldırır, hüquqi yardım göstərir;

- öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatları sərbəst yayır, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis edir, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələri yaradır, buklet, kitab və s. nəşrlər buraxır;

- şəhərlərin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar, treninqlər, seminarlar, kurslar, sərgilər, xeyriyyə marafonları və başqa tədbirlər təşkil edir;

- elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparır;

- mükafatlar, təqaüdlər təsis edir;

- müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyalar və s. yaradır.

3.2. Öz məqsədlərinə nail olmaq üçün Assosiasiya səlahiyyətləri çərçivəsində qanunla qadağan olunmayan istənilən digər fəaliyyəti həyata keçirə bilər.

 

IV. ASSOSİASİYAYA  ÜZVLÜK

4.1. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası üç və ya daha çox bələdiyyənin təşəbbüsü ilə təsis yığıncağında yaradılır.

4.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, Assosiasiyanın Nizamnaməsini qəbul edən, üzvlük haqqı ödəyən və bu Nizamnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş hər bir bələdiyyə və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyası Assosiaiyanın üzvü ola bilər. Assosiasiyaya üzv olmaq istəyən bələdiyyənin bu barədə bələdiyyə iclasında qəbul edilmiş qərarı olmalıdır. Assosiasiya üzvlərinin qeydiyyatı Icra katibliyi tərəfindən aparılır və yeni üzvlər varədə Ümumi Yığıncağa məlumat verilir.

4.3. Assosiasiyanın üzvləri öz müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.

4.4. Assosiasiya üzvlərinin aşağıdakı hüquqları vardır:

- Assosiasiyanın Ümumi Yığıncağına nümayəndə seçmək;

- Assosiasiyanın tədbirlərində iştirak etmək;

- Assosiasiyanın məqsəd və vəzifələrinə uyğun təklifləri, qərar layihələrini idarə heyətinin müzakirəsinə çıxarmaq və müzakirələrində iştirak etmək;

- Assosiasiyanın seçkili orqanlarına seçmək və seçilmək;

- Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həllində dövlət orqanları qarşısında öz hüquqlarının müdafiəsi üçün qanunvericilik çərçivəsində Assosiasiyadan hüquqi və təşkilati yardım almaq;

- Assosiasiyanın orqanlarının fəaliyyəti haqqında məlumat almaq, bu orqanlara sorğu, təklif, ərizə və şikayətlə müraciət etmək;

- Assosiasiyanın göstərdiyi xidmət və yardımlardan istifadə etmək;

- Assosiasiyanın üzvlüyündın çıxmaq.

4.5. Assosiasiyanın üzvlərinin aşağıdakı vəzifələri vardır:

- Assosiasiyanın Nizamnaməsinə əməl etmək;

- Assosiasiyanın rəhbər orqanlarının qanuna və bu nizamnaməyə uyğun qərarlarını yerinə yetirmək;

- üzvlük haqqını ödəmək;

- Assosiasiyanın fəaliyyətinə kömək göstərmək.

4.6. Bu nizamnamə ilə müəyyən edilmiş vəzifələrini üzürsüz səbəbə görə mütəmadi yerinə yetirməyən Assosiasiya üzvü Ümumi Yığıncağın qərarı ilə Assosiasiya üzvlüyündən15` çıxarıla bilər. Həmin qərardan məhkəməyə şikayət verilə bilər.

 

V. ASSOSİASİYANIN  RƏHBƏR  ORQANLARI

5.1. Assosiasiyanın ali idarəetmə orqanı bu il ərzində bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

5.2. Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduğu gündən azı üç ay müddətində Assosiasiyanın Ümumi Yığıncağı keçirilir.

5.3. Assosiasiya üzvlərindən azı üçdə bir hissəni təmsil edən təşəbbüs qrupu Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağın çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.4. Növbəti və ya növbədənkənar Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərarı Ümumi Yığıncağın keçiriləçəyi gündən ən azı iki ay əvvəl idarə heyəti verir.

5.5. İdarə heyəti bu nizamnamənin 5.2-ci və 5.4-cü bəndlərində müəyyən edilmiş müddətdə Ümumi Yığıncağın çağırılması haqqında qərar qəbul edilmədiyi halda, həmin qərar Assosiasiya üzvlərindən azı üçdə bir hissəsini təmsil edən təşəbbüs qrupu tərəfindən verilir. Bu halda Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərar Ümumi Yığıncağın keçiriləcəyi gündən ən azı bir ay əvvəl verilir. Bu nizamnamənin 5.2-ci bəndinin müddəaları pozulduğu halda Assosiasiyanın fəaliyyətinə xitam verilmiş hesab olunur.

5.6. Assosiasiyaya üzv olmayan bələdiyyələrin və digər qurumların nümayəndələri idarə heyətinin dəvəti ilə Ümumi Yığıncağın işində müşahidəçi qismində iştirak edə bilərlər.

5.7. Ümumi Yığıncaq nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

5.8. Assosiasiyanın nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi, Assosiasiyanın rəhbər orqanlarının seçilməsi və azad edilməsi və Assosiasiyanın ləğv edilməsi barədə qərarlar üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir.

5.9. Ümumi Yığıncağın səlahiyyətləri aşağıdakılardır:

- Ümumi Yığıncağın gündəliyinin və işçi orqanlarının təsdiq edilməsi;

- Assosiasiyanın təsis və ləğv edilməsi;

- Assosiasiyanın üzvünün üzvlükdən çıxarılması;

- nizamnamənin qəbul edilməsi, ona əlavə və dəyişikliklər edilməsi;

- Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

- Assosiasiyanın rəhbər orqanlarının - sədrinin, sədr müavinlərinin, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçilməsi və azad edilməsi;

- Assosiasiyanın sədrinin və nəzarət-təftiş komissiyasının hesabatlarının dinlənib müvafiq qərarların qəbul edilməsi;

- Assosiasiyanın üzvlərinin üzvlük haqqı həcminin müəyyən edilməsi;

- Assosiasiyanın büdcəsinin təsdiq edilməsi;

- Assosiasiyanın fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi.

5.10. Assosiasiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri Ümumi Yığıncaqda seçilməsindən başlanır və bu nizamnamənin 5.2-ci bəndində müəyyən edilmiş Ümumi Yığıncaqda başa çatır.

5.11. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslərin səlahiyyət müddətlərinin bitməsindən əvvəl vəzifədən azad edilməsi barədə təşəbbüs Assosiasiyanın üzvlərinin azı üçdə biri tərəfindən irəli sürüldükdə həmin məsələyə Ümumi Yığıncaqda baxıla bilər.

5.12. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslər barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə onların fəaliyyətlərinə müvafiq olaraq idarə heyətinin üzvü olduqda idarə heyətinin, nəzarət-təftiş komissiyasının üzvü olduqda isə nəzarət-təftiş komissiyasının qərarı ilə xitam verilir. Bu bəndin müddəaları Assosiasiyanın sədrinə şamil olunduğu halda və ya sədrin istefası olduqda idarə heyətinin qərarı ilə sədrin səlahiyyətləri Ümumi Yığıncağa qədər müavinlərin birinə həvalə olunur.

5.13. Ümumi Yığıncaqda Assosiasiyanın sədri sədrlik edir.

5.14. Ümumi Yığıncaqlar arası dövrdə Assosiasiyanın rəhbər orqanı idarə heyətidir.

5.15. İdarə heyətinin üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.16. İdarə heyətinin üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər.

5.17. İdarə heyəti üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Üzvlərinin yarısından çoxu iştirak etdikdə, idarə heyətinin iclası səlahiyyətli sayılır və qərarlar idarə heyətinin üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İdarə heyətinin iclaslarına Assosiasiyanın sədri və ya onun müavinlərindən biri sədrlik edir.

5.18. İdarə heyəti Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa, Assosiasiyanın fəaliyyəti ilə əlaqədar bütün məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edə bilər.

5.19. İdarə heyətinin iclasları zərurət olduqda, lakin iki ayda bir dəfədən az olmayaraq Assosiasiyanın sədri tərəfindən çağırılır.

5.20. İdarə heyətinin iclaslarında nəzarət-təftiş komissiyasının sədri iştirak edə bilər.

5.21. İdarə heyətinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi;

- Ümumi Yığıncağın qərarlarının icrasına nəzarətin həyata keçirilməsi;

- Assosiasiyanın müvafiq komissiyalarının yaradılması və fəaliyyətlərinə nəzarət edilməsi;

- növbəti və növbədənkənar Ümumi Yığıncağın çağırılması, onun keçirilmə vaxtı, gündəliyi, yeri və nümayəndəlik kvotası haqqında qərarların verilməsi;

- İcra katibliyinin iş qaydasının müəyyən edilməsi, onun strukturunun və say tərkibinin təsdiq edilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən icraçı katibinin və İcra katibliyinin digər məsul işçilərinin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın struktur vahidlərinin, filial və nümayəndəliklərinin, müəssisələrinin, xidmət sahələrinin yaradılması və ləğv edilməsi, strukturlarının, say tərkiblərinin təsdiq edilməsi, iş qaydalarının müəyyən edilməsi, fəaliyyətlərinə nəzarətin həyata keçirilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən rəhbərlərin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin təsis edilməsi, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələrin və xidmət sahələrinin yaradılması, buklet, kitab və s. nəşrlərin buraxılması;

- Assosiasiyanın sədri tərəfindən imzalanmış memorandumların, sazişlərin, anlaşma müqavilələrinin, əmlakın icarəyə verilməsi, girov qoyulması, satışı və kreditlərin götürülməsi haqqındakı sənədlərin təsdiq edilməsi;

-Assosiasiyanın birinci fəaliyyət ili üçün büdcəsinin təsdiqi.

5.22. Assosiasiyanın sədri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilir.

5.23. Assosiasiyanın sədrinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanı təmsil edilməsi, onun adından müqavilə və sazişlərin imzalanması, müraciət etməsi;

- dövlət orqanları, hüquqi, fiziki şəxslərlə münasibətdə Assosiasiyanın adından çıxış etməsi;

- idarə heyətinin qərar və protokollarının imzalanması;

- Ümumi Yığıncağın və idarə heyətinin qəbul edilmiş qərarlarının icrasının təşkili;

- Assosiasiyanın müvafiq komissiyalarının fəaliyyətlərinin əlaqələndirilməsi;

- səlahiyyətləri daxilində sərəncam və əmrlərin verilməsi;

- Assosiasiyanın bütün struktur vahidlərinin, onun filial və nümayəndəliklərinin, yaradılmış müəssisə və xidmət sahələrinin növbəti maliyyə ili üçün xərclər smetasının təsdiq edilməsi;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi.

5.24. Assosiasiyanın sədri Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağının çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.25. Assosiasiyanın sədri Assosiasiyanın fəaliyyəti haqqında idarə heyətinə məlumat və Ümumi Yığıncağa hesabat verir.

5.26. Assosiasiyanın sədr müavinləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.27. Assosiasiyanın sədr müavinləri sədrin sərəncamına əsasən həvalə etdiyi səlahiyyətləri həyata keçirirlər.

5.28. Assosiasiyanın sədr və sədr müavinləri idarə heyətinin üzvüdürlər.

5.29. Nəzarət-təftiş komissiyası:

- Assosiasiyanın fəaliyyətinin Nizamnaməyə uyğunluğuna nəzarəti həyata keçirir;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir.

5.30. Nəzarət-təftiş komissiyasının üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.31. Nəzarət-təftiş komissiyasının üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Nəzarət-təftiş komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir və qərarlar komissiyanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

5.32. Nəzarət-təftiş komissiyası öz üzvləri arasından Nəzarət-təftiş komissiyasının sədrini, sədrin müavinini və katibini seçir.

5.33. Nəzarət-təftiş komissiyasının üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər və səlahiyyətləri müddətində idarə heyətinin üzvü və İcra katibliyinin işçisi ola bilməzlər.

 

VI. ASSOSİASİYANIN  İCRA  ORQANI

6.1. İcra katibliyi Assosiasiyanın sədrinin və idarə heyətinin fəaliyyətinin təşkilati, hüquqi, informasiya, maliyyə-təsərrüfat və digər təminatı məqsədi ilə yaradılan daimi fəaliyyət göstərən icra orqanıdır. İcra katibliyinin gündəlik işinə icraçı katib rəhbərlik edir və nəticəsi barədə Assosiasiyanın sədrinə hesabat verir.

6.2. Nizamnamənin 5.21-ci bəndinin 5-ci hissəsində qeyd olunan işçilər istisna olmaqla İcra katibliyinin digər işçilərinin işə təyin və işdən azad edilməsi Assosiasiyanın sədrinin əmri ilə həyata keçirilir.

 

VII. ASSOSİASİYANIN  MÜLKİYYƏTİ  VƏ  MALİYYƏ  VƏSAİTLƏRİ

7.1. Assosiasiya qanunvericiliyə uyğun olaraq əmlaka və maliyyə vəsaitlərinə malik ola bilər. Assosiasiyanın əmlakı və maliyyə vəsaitləri yalnız Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.

7.2. Assosiasiyanın əmlakının və maliyyə vəsaitlərinin yaranma mənbələri aşağıdakılardır:

- üzvlərin üzvlük haqları, könüllü olaraq əmlak haqları, ianələr, məqsədli ödəmələr;

- Assosiasiya tərəfindən keçirilən tədbirlərdən əldə olunan gəlirlər;

- sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlirlər;

- göstərilən xidmətlərin, görülən işlərin nəticəsində əldə edilən gəlirlər;

- təhsil proqramlarının həyata keçirilməsindən əldə olunan gəlirlər;

- malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar;

- sərəncamında olan binaların, maşınların, texnikanın və digər əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;

- sponsor yardımları, fiziki və hüquqi şəxslərin digər könüllü ianələri;

- müxtəlif beynəlxalq fondların və təşkilatların ayırdığı qrantlar;

- qanunla qadağan olunmayan digər mənbələr.

 

VIII. ASSOSİASİYANIN  LƏĞV  EDİLMƏSİ

8.1. Assosiasiya aşağıdakı hallarda ləğv edilir:

- Assosiasiyanın Ümumi Yığıncağının bu barədə qərarı qəbul edildikdə;

- Assosiasiya digər təşkilatlar və ya qurumlarla birləşdikdə;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı ilə Assosiasiyanın qeydiyyatı ləğv edildikdə;

- Assosiasiyanın üzvlərinin sayı bu Nizamnamədə nəzərdə tutulan həddən aşağı olduqda.

8.2. Assosiasiya ləğv edildikdə, Ümumi Yığıncağın, bu mümkün olmadığı halda idarə heyətinin qərarı və ya Assosiasiyanın sədrinin sərəncamı ilə ləğvetmə komissiyası yaradılır. Borclar ödənildikdən sonra qalan əmlak Assosiasiyanın Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsinə sərf olunur, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldilir.

8.3. Assosiasiyanın fəaliyyəti ilə bağlı əmlak mübahisələri qarşılıqlı anlaşma əsasında, əgər belə anlaşma əldə edilməzsə, məhkəmə qaydasında həll edilir.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının

N İ Z A M N A M Ə S İ

I. ÜMUMİ  MÜDDƏALAR

1.1. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası (bundan sonra – Assosiasiya) Azərbaycan Respublikasının qəsəbə inzibati ərazi vahidliklərində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onlara yardım etmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə yaratdıqları ittifaqdır.

1.2. Assosiasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Assosiasiyanın fəaliyyəti könüllülük, üzvlərin hüquq bərabərliyi, qanunçuluq, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə və aşkarlıq prinsiplərinə əsaslanır.

1.4. Assosiasiya hüquqi şəxsdir.

1.5. Assosiasiyanın üzərində öz adı olan möhürü, habelə müəyyən olunmuş nümunədə blankları vardır.

1.6. Assosiasiyanın tam rəsmi adı: Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası.

1.7. Assosiasiyanın qısadılmış adı: AQBMA.

1.8. Assosiasiyanın mərkəzi ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşir.

II. ASSOSİASİYANIN  MƏQSƏD  VƏ  VƏZİFƏLƏRİ

2.1. Assosiasiyanın əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.

2.2. Məqsədlərə nail olmaq üçün Assosiasiya aşağıdakı vəzifələri həyata keçirir:

- bələdiyyələrin fəaliyyətinin səmərəli tənzimlənməsi üçün yeni qanunvericilik aktlarının qəbul edilməsinə və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərmək. Bələdiyyələrin inkişafı üçün əlverişli mühitin yaradılması məqsədi ilə layihələr və təkliflər hazırlamaq;

- yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və xarici ölkələrin yerli özünüidarə orqanları, onların birlikləri və yerli özünüidarə məsələləri ilə məşğul olan beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün tədbirlər həyata keçirmək, beynəlxalq təşkilatlarda bələdiyyələri təmsil etmək;

- Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasında əks olunmuş prinsipləri təbliğ etmək, bələdiyyə statusu və fəaliyyəti ilə bağlı bilgiləri yaymaq;

- qəsəbələrin sosial-iqtisadi inkişafında, insanların sosial müdafiəsinin gücləndirilməsində, regional və yerli ekoloji tarazlığın qorunmasında bələdiyyələrin rolu ilə bağlı maarifçilik fəaliyyətini həyata keçirmək;

- qəsəbələrdə mövcud olan problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə müvafiq proqram, konsepsiya və tədbirlərin hazırlanmasında və icrasında bələdiyyələrə köməklik göstərmək;

- qəsəbələrin sosial-iqtisadi inkişafı, ekoloji və digər proqramlarının hazırlanmasında bələdiyyələrə metodiki və əməli köməklik göstərmək, həmin proqramların icrasında iştirak etmək;

- səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- qəsəbələrdə mədəni sərvətlərin qorunub saxlanılmasında, mədəniyyət və incəsənətin inkişafına kömək göstərilməsi ilə bağlı bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- bələdiyyələrin cəmiyyətdə nüfuzunun artması, fəaliyyət sahələrinin genişləndirilməsi, əhalinin geniş təbəqələrinin bu proseslərdə iştiraka cəlb edilməsi üçün təbliğat işi aparmaq;

- bələdiyyələrə metodiki, hüquqi, texniki və informasiya təminatı sahəsində yardım göstərmək və onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək etmək;

- bələdiyyələr arasında təcrübə mübadiləsini təmin etmək və qabaqcıl təcrübəni öyrənib yaymaq;

- bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvafiq tədqiqatların, araşdırmaların və monitorinqlərin təşkilinə və keçirilməsinə yardım göstərmək;

- bələdiyyələrə xarici ölkələrdə fəaliyyət göstərən müvafiq yerli özünüidarə orqanları ilə bağlı əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə kömək etmək;

- beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmaq;

- Assosiasiyanın məqsədindən və bələdyyələrin ehtiyaclarından irəli gələn digər vəzifələri həyata keçirmək.

III. ASSOSİASİYANIN  HÜQUQLARI

3.1. Assosiasiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

- öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları və bələdiyyələr qarşısında məsələlər qaldırır, sorğu edir, rəy və təkliflərini verir;

- bələdiyyə üzvlərinin və qulluqçularının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti orqanları qarşısında məsələ qaldırır, hüquqi yardım göstərir;

- öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatları sərbəst yayır, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis edir, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələri yaradır, buklet, kitab və s. nəşrlər buraxır;

- qəsəbələrin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar, treninqlər, seminarlar, kurslar, sərgilər, xeyriyyə marafonları və başqa tədbirlər təşkil edir;

- elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparır;

- mükafatlar, təqaüdlər təsis edir;

- müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyalar və s. yaradır.

3.2. Öz məqsədlərinə nail olmaq üçün Assosiasiya səlahiyyətləri çərçivəsində qanunla qadağan olunmayan istənilən digər fəaliyyəti həyata keçirə bilər.

 

IV. ASSOSİASİYAYA  ÜZVLÜK

4.1. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası üç və ya daha çox bələdiyyənin təşəbbüsü ilə təsis yığıncağında yaradılır.

4.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, Assosiasiyanın Nizamnaməsini qəbul edən, üzvlük haqqı ödəyən və bu Nizamnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş hər bir bələdiyyə və Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələrinin Assosiasiyası Assosiaiyanın üzvü ola bilər. Assosiasiyaya üzv olmaq istəyən bələdiyyənin bu barədə bələdiyyə iclasında qəbul edilmiş qərarı olmalıdır. Assosiasiya üzvlərinin qeydiyyatı Icra katibliyi tərəfindən aparılır və yeni üzvlər varədə Ümumi Yığıncağa məlumat verilir.

4.3. Assosiasiyanın üzvləri öz müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.

4.4. Assosiasiya üzvlərinin aşağıdakı hüquqları vardır:

- Assosiasiyanın Ümumi Yığıncağına nümayəndə seçmək;

- Assosiasiyanın tədbirlərində iştirak etmək;

- Assosiasiyanın məqsəd və vəzifələrinə uyğun təklifləri, qərar layihələrini idarə heyətinin müzakirəsinə çıxarmaq və müzakirələrində iştirak etmək;

- Assosiasiyanın seçkili orqanlarına seçmək və seçilmək;

- Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həllində dövlət orqanları qarşısında öz hüquqlarının müdafiəsi üçün qanunvericilik çərçivəsində Assosiasiyadan hüquqi və təşkilati yardım almaq;

- Assosiasiyanın orqanlarının fəaliyyəti haqqında məlumat almaq, bu orqanlara sorğu, təklif, ərizə və şikayətlə müraciət etmək;

- Assosiasiyanın göstərdiyi xidmət və yardımlardan istifadə etmək;

- Assosiasiyanın üzvlüyündın çıxmaq.

4.5. Assosiasiyanın üzvlərinin aşağıdakı vəzifələri vardır:

- Assosiasiyanın Nizamnaməsinə əməl etmək;

- Assosiasiyanın rəhbər orqanlarının qanuna və bu Nizamnaməyə uyğun qərarlarını yerinə yetirmək;

- üzvlük haqqını ödəmək;

- Assosiasiyanın fəaliyyətinə kömək göstərmək.

4.6. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini üzürsüz səbəbə görə mütəmadi yerinə yetirməyən Assosiasiya üzvü Ümumi Yığıncağın qərarı ilə Assosiasiya üzvlüyündən çıxarıla bilər. Həmin qərardan məhkəməyə şikayət verilə bilər.

V. ASSOSİASİYANIN  RƏHBƏR  ORQANLARI

5.1. Assosiasiyanın ali idarəetmə orqanı bu il ərzində bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

5.2. Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduğu gündən azı üç ay müddətində Assosiasiyanın Ümumi Yığıncağı keçirilir.

5.3. Assosiasiya üzvlərindən azı üçdə bir hissəni təmsil edən təşəbbüs qrupu Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağın çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.4. Növbəti və ya növbədənkənar Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərarı Ümumi Yığıncağın keçiriləçəyi gündən ən azı iki ay əvvəl idarə heyəti verir.

5.5. İdarə heyəti bu nizamnamənin 5.2-ci və 5.4-cü bəndlərində müəyyən edilmiş müddətdə Ümumi Yığıncağın çağırılması haqqında qərar qəbul edilmədiyi halda, həmin qərar Assosiasiya üzvlərindən azı üçdə bir hissəsini təmsil edən təşəbbüs qrupu tərəfindən verilir. Bu halda Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərar Ümumi Yığıncağın keçiriləcəyi gündən ən azı bir ay əvvəl verilir. Bu nizamnamənin 5.2-ci bəndinin müddəaları pozulduğu halda Assosiasiyanın fəaliyyətinə xitam verilmiş hesab olunur.

5.6. Assosiasiyaya üzv olmayan bələdiyyələrin və digər qurumların nümayəndələri idarə heyətinin dəvəti ilə Ümumi Yığıncağın işində müşahidəçi qismində iştirak edə bilərlər.

5.7. Ümumi Yığıncaq nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

5.8. Assosiasiyanın nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi, Assosiasiyanın rəhbər orqanlarının seçilməsi və azad edilməsi və Assosiasiyanın ləğv edilməsi barədə qərarlar üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir.

5.9. Ümumi Yığıncağın səlahiyyətləri aşağıdakılardır:

- Ümumi Yığıncağın gündəliyinin və işçi orqanlarının təsdiq edilməsi;

- Assosiasiyanın təsis və ləğv edilməsi;

- Assosiasiyanın üzvünün üzvlükdən çıxarılması;

- nizamnamənin qəbul edilməsi, ona əlavə və dəyişikliklər edilməsi;

- Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

- Assosiasiyanın rəhbər orqanlarının - sədrinin, sədr müavinlərinin, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçilməsi və azad edilməsi;

- Assosiasiyanın sədrinin və nəzarət-təftiş komissiyasının hesabatlarının dinlənib müvafiq qərarların qəbul edilməsi;

- Assosiasiyanın üzvlərinin üzvlük haqqı həcminin müəyyən edilməsi;

- Assosiasiyanın büdcəsinin təsdiq edilməsi;

- Assosiasiyanın fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi.

5.10. Assosiasiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri Ümumi Yığıncaqda seçilməsindən başlanır və bu nizamnamənin 5.2-ci bəndində müəyyən edilmiş Ümumi Yığıncaqda başa çatır.

5.11. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslərin səlahiyyət müddətlərinin bitməsindən əvvəl vəzifədən azad edilməsi barədə təşəbbüs Assosiasiyanın üzvlərinin azı üçdə biri tərəfindən irəli sürüldükdə həmin məsələyə Ümumi Yığıncaqda baxıla bilər.

5.12. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslər barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə onların fəaliyyətlərinə müvafiq olaraq idarə heyətinin üzvü olduqda idarə heyətinin, nəzarət-təftiş komissiyasının üzvü olduqda isə nəzarət-təftiş komissiyasının qərarı ilə xitam verilir. Bu bəndin müddəaları Assosiasiyanın sədrinə şamil olunduğu halda və ya sədrin istefası olduqda idarə heyətinin qərarı ilə sədrin səlahiyyətləri Ümumi Yığıncağa qədər müavinlərin birinə həvalə olunur.

5.13. Ümumi Yığıncaqda Assosiasiyanın sədri sədrlik edir.

5.14. Ümumi Yığıncaqlar arası dövrdə Assosiasiyanın rəhbər orqanı idarə heyətidir.

5.15. İdarə heyətinin üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.16. İdarə heyətinin üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər.

5.17. İdarə heyəti üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Üzvlərinin yarısından çoxu iştirak etdikdə, idarə heyətinin iclası səlahiyyətli sayılır və qərarlar idarə heyətinin üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İdarə heyətinin iclaslarına Assosiasiyanın sədri və ya onun müavinlərindən biri sədrlik edir.

5.18. İdarə heyəti Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa, Assosiasiyanın fəaliyyəti ilə əlaqədar bütün məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edə bilər.

5.19. İdarə heyətinin iclasları zərurət olduqda, lakin iki ayda bir dəfədən az olmayaraq Assosiasiyanın sədri tərəfindən çağırılır.

5.20. İdarə heyətinin iclaslarında nəzarət-təftiş komissiyasının sədri iştirak edə bilər.

5.21. İdarə heyətinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi;

- Ümumi Yığıncağın qərarlarının icrasına nəzarətin həyata keçirilməsi;

- Assosiasiyanın müvafiq komissiyalarının yaradılması və fəaliyyətlərinə nəzarət edilməsi;

- növbəti və növbədənkənar Ümumi Yığıncağın çağırılması, onun keçirilmə vaxtı, gündəliyi, yeri və nümayəndəlik kvotası haqqında qərarların verilməsi;

- İcra katibliyinin iş qaydasının müəyyən edilməsi, onun strukturunun və say tərkibinin təsdiq edilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən icraçı katibinin və İcra katibliyinin digər məsul işçilərinin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın struktur vahidlərinin, filial və nümayəndəliklərinin, müəssisələrinin, xidmət sahələrinin yaradılması və ləğv edilməsi, strukturlarının, say tərkiblərinin təsdiq edilməsi, iş qaydalarının müəyyən edilməsi, fəaliyyətlərinə nəzarətin həyata keçirilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən rəhbərlərin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin təsis edilməsi, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələrin və xidmət sahələrinin yaradılması, buklet, kitab və s. nəşrlərin buraxılması;

- Assosiasiyanın sədri tərəfindən imzalanmış memorandumların, sazişlərin, anlaşma müqavilələrinin, əmlakın icarəyə verilməsi, girov qoyulması, satışı və kreditlərin götürülməsi haqqındakı sənədlərin təsdiq edilməsi;

-Assosiasiyanın birinci fəaliyyət ili üçün büdcəsinin təsdiqi.

5.22. Assosiasiyanın sədri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilir.

5.23. Assosiasiyanın sədrinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanı təmsil edilməsi, onun adından müqavilə və sazişlərin imzalanması, müraciət etməsi;

- dövlət orqanları, hüquqi, fiziki şəxslərlə münasibətdə Assosiasiyanın adından çıxış etməsi;

- idarə heyətinin qərar və protokollarının imzalanması;

- Ümumi Yığıncağın və idarə heyətinin qəbul edilmiş qərarlarının icrasının təşkili;

- Assosiasiyanın müvafiq komissiyalarının fəaliyyətlərinin əlaqələndirilməsi;

- səlahiyyətləri daxilində sərəncam və əmrlərin verilməsi;

- Assosiasiyanın bütün struktur vahidlərinin, onun filial və nümayəndəliklərinin, yaradılmış müəssisə və xidmət sahələrinin növbəti maliyyə ili üçün xərclər smetasının təsdiq edilməsi;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi.

5.24. Assosiasiyanın sədri Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağının çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.25. Assosiasiyanın sədri Assosiasiyanın fəaliyyəti haqqında idarə heyətinə məlumat və Ümumi Yığıncağa hesabat verir.

5.26. Assosiasiyanın sədr müavinləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.27. Assosiasiyanın sədr müavinləri sədrin sərəncamına əsasən həvalə etdiyi səlahiyyətləri həyata keçirirlər.

5.28. Assosiasiyanın sədr və sədr müavinləri idarə heyətinin üzvüdürlər.

5.29. Nəzarət-təftiş komissiyası:

- Assosiasiyanın fəaliyyətinin Nizamnaməyə uyğunluğuna nəzarəti həyata keçirir;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir.

5.30. Nəzarət-təftiş komissiyasının üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.31. Nəzarət-təftiş komissiyasının üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Nəzarət-təftiş komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir və qərarlar komissiyanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

5.32. Nəzarət-təftiş komissiyası öz üzvləri arasından Nəzarət-təftiş komissiyasının sədrini, sədrin müavinini və katibini seçir.

5.33. Nəzarət-təftiş komissiyasının üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər və səlahiyyətləri müddətində idarə heyətinin üzvü və İcra katibliyinin işçisi ola bilməzlər.

 

VI. ASSOSİASİYANIN  İCRA  ORQANI

6.1. İcra katibliyi Assosiasiyanın sədrinin və idarə heyətinin fəaliyyətinin təşkilati, hüquqi, informasiya, maliyyə-təsərrüfat və digər təminatı məqsədi ilə yaradılan daimi fəaliyyət göstərən icra orqanıdır. İcra katibliyinin gündəlik işinə icraçı katib rəhbərlik edir və nəticəsi barədə Assosiasiyanın sədrinə hesabat verir.

6.2. Nizamnamənin 5.21-ci bəndinin 5-ci hissəsində qeyd olunan işçilər istisna olmaqla İcra katibliyinin digər işçilərinin işə təyin və işdən azad edilməsi Assosiasiyanın sədrinin əmri ilə həyata keçirilir.

 

VII. ASSOSİASİYANIN  MÜLKİYYƏTİ  VƏ  MALİYYƏ  VƏSAİTLƏRİ

7.1. Assosiasiya qanunvericiliyə uyğun olaraq əmlaka və maliyyə vəsaitlərinə malik ola bilər. Assosiasiyanın əmlakı və maliyyə vəsaitləri yalnız Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.

7.2. Assosiasiyanın əmlakının və maliyyə vəsaitlərinin yaranma mənbələri aşağıdakılardır:

- üzvlərin üzvlük haqları, könüllü olaraq əmlak haqları, ianələr, məqsədli ödəmələr;

- Assosiasiya tərəfindən keçirilən tədbirlərdən əldə olunan gəlirlər;

- sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlirlər;

- göstərilən xidmətlərin, görülən işlərin nəticəsində əldə edilən gəlirlər;

- təhsil proqramlarının həyata keçirilməsindən əldə olunan gəlirlər;

- malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar;

- sərəncamında olan binaların, maşınların, texnikanın və digər əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;

- sponsor yardımları, fiziki və hüquqi şəxslərin digər könüllü ianələri;

- müxtəlif beynəlxalq fondların və təşkilatların ayırdığı qrantlar;

- qanunla qadağan olunmayan digər mənbələr.

 

VIII. ASSOSİASİYANIN  LƏĞV  EDİLMƏSİ

8.1. Assosiasiya aşağıdakı hallarda ləğv edilir:

- Assosiasiyanın Ümumi Yığıncağının bu barədə qərarı qəbul edildikdə;

- Assosiasiya digər təşkilatlar və ya qurumlarla birləşdikdə;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı ilə Assosiasiyanın qeydiyyatı ləğv edildikdə;

- Assosiasiyanın üzvlərinin sayı bu Nizamnamədə nəzərdə tutulan həddən aşağı olduqda.

8.2. Assosiasiya ləğv edildikdə, Ümumi Yığıncağın, bu mümkün olmadığı halda idarə heyətinin qərarı və ya Assosiasiyanın sədrinin sərəncamı ilə ləğvetmə komissiyası yaradılır. Borclar ödənildikdən sonra qalan əmlak Assosiasiyanın Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsinə sərf olunur, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldilir.

8.3. Assosiasiyanın fəaliyyəti ilə bağlı əmlak mübahisələri qarşılıqlı anlaşma əsasında, əgər belə anlaşma əldə edilməzsə, məhkəmə qaydasında həll edilir.

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının

N İ Z A M N A M Ə S İ

 

I. ÜMUMİ  MÜDDƏALAR

 

1.1. Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası (bundan sonra – Assosiasiya) Azərbaycan Respublikasının kənd inzibati ərazi vahidliklərində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onlara yardım etmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə yaratdıqları ittifaqdır.

1.2. Assosiasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Assosiasiyanın fəaliyyəti könüllülük, üzvlərin hüquq bərabərliyi, qanunçuluq, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə və aşkarlıq prinsiplərinə əsaslanır.

1.4. Assosiasiya hüquqi şəxsdir.

1.5. Assosiasiyanın üzərində öz adı olan möhürü, habelə müəyyən olunmuş nümunədə blankları vardır.

1.6. Assosiasiyanın tam rəsmi adı: Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası.

1.7. Assosiasiyanın qısadılmış adı: AQBMA.

1.8. Assosiasiyanın mərkəzi ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşir.

 

II. ASSOSİASİYANIN  MƏQSƏD  VƏ  VƏZİFƏLƏRİ

 

2.1. Assosiasiyanın əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.

2.2. Məqsədlərə nail olmaq üçün Assosiasiya aşağıdakı vəzifələri həyata keçirir:

- bələdiyyələrin fəaliyyətinin səmərəli tənzimlənməsi üçün yeni qanunvericilik aktlarının qəbul edilməsinə və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərmək. Bələdiyyələrin inkişafı üçün əlverişli mühitin yaradılması məqsədi ilə layihələr və təkliflər hazırlamaq;

- yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və xarici ölkələrin yerli özünüidarə orqanları, onların birlikləri və yerli özünüidarə məsələləri ilə məşğul olan beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün tədbirlər həyata keçirmək, beynəlxalq təşkilatlarda bələdiyyələri təmsil etmək;

- Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasında əks olunmuş prinsipləri təbliğ etmək, bələdiyyə statusu və fəaliyyəti ilə bağlı bilgiləri yaymaq;

- kəndlərin sosial-iqtisadi inkişafında, insanların sosial müdafiəsinin gücləndirilməsində, regional və yerli ekoloji tarazlığın qorunmasında bələdiyyələrin rolu ilə bağlı maarifçilik fəaliyyətini həyata keçirmək;

- kəndlərdə mövcud olan problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə müvafiq proqram, konsepsiya və tədbirlərin hazırlanmasında və icrasında bələdiyyələrə köməklik göstərmək;

- kəndlərin sosial-iqtisadi inkişafı, ekoloji və digər proqramlarının hazırlanmasında bələdiyyələrə metodiki və əməli köməklik göstərmək, həmin proqramların icrasında iştirak etmək;

- səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- kəndlərdə mədəni sərvətlərin qorunub saxlanılmasında, mədəniyyət və incəsənətin inkişafına kömək göstərilməsi ilə bağlı bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;

- bələdiyyələrin cəmiyyətdə nüfuzunun artması, fəaliyyət sahələrinin genişləndirilməsi, əhalinin geniş təbəqələrinin bu proseslərdə iştiraka cəlb edilməsi üçün təbliğat işi aparmaq;

- bələdiyyələrə metodiki, hüquqi, texniki və informasiya təminatı sahəsində yardım göstərmək və onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək etmək;

- bələdiyyələr arasında təcrübə mübadiləsini təmin etmək və qabaqcıl təcrübəni öyrənib yaymaq;

- bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvafiq tədqiqatların, araşdırmaların və monitorinqlərin təşkilinə və keçirilməsinə yardım göstərmək;

- bələdiyyələrə xarici ölkələrdə fəaliyyət göstərən müvafiq yerli özünüidarə orqanları ilə bağlı əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə kömək etmək;

- beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmaq;

- Assosiasiyanın məqsədindən və bələdyyələrin ehtiyaclarından irəli gələn digər vəzifələri həyata keçirmək.

 

III. ASSOSİASİYANIN  HÜQUQLARI

3.1. Assosiasiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

- öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları və bələdiyyələr qarşısında məsələlər qaldırır, sorğu edir, rəy və təkliflərini verir;

- bələdiyyə üzvlərinin və qulluqçularının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti orqanları qarşısında məsələ qaldırır, hüquqi yardım göstərir;

- öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatları sərbəst yayır, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis edir, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələri yaradır, buklet, kitab və s. nəşrlər buraxır;

- kəndlərin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar, treninqlər, seminarlar, kurslar, sərgilər, xeyriyyə marafonları və başqa tədbirlər təşkil edir;

- elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparır;

- mükafatlar, təqaüdlər təsis edir;

- müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyalar və s. yaradır.

3.2. Öz məqsədlərinə nail olmaq üçün Assosiasiya səlahiyyətləri çərçivəsində qanunla qadağan olunmayan istənilən digər fəaliyyəti həyata keçirə bilər.

 

IV. ASSOSİASİYAYA  ÜZVLÜK

4.1. Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası üç və ya daha çox bələdiyyənin təşəbbüsü ilə təsis yığıncağında yaradılır.

4.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, Assosiasiyanın Nizamnaməsini qəbul edən, üzvlük haqqı ödəyən və bu Nizamnamənin 1.1-ci bəndi ilə müəyyən edilmiş hər bir bələdiyyə və Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələrinin Assosiasiyası Assosiaiyanın üzvü ola bilər. Assosiasiyaya üzv olmaq istəyən bələdiyyənin bu barədə bələdiyyə iclasında qəbul edilmiş qərarı olmalıdır. Assosiasiya üzvlərinin qeydiyyatı Icra katibliyi tərəfindən aparılır və yeni üzvlər varədə Ümumi Yığıncağa məlumat verilir.

4.3. Assosiasiyanın üzvləri öz müstəqilliyini və hüquqi şəxs statusunu saxlayırlar.

4.4. Assosiasiya üzvlərinin aşağıdakı hüquqları vardır:

- Assosiasiyanın Ümumi Yığıncağına nümayəndə seçmək;

- Assosiasiyanın tədbirlərində iştirak etmək;

- Assosiasiyanın məqsəd və vəzifələrinə uyğun təklifləri, qərar layihələrini idarə heyətinin müzakirəsinə çıxarmaq və müzakirələrində iştirak etmək;

- Assosiasiyanın seçkili orqanlarına seçmək və seçilmək;

- Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həllində dövlət orqanları qarşısında öz hüquqlarının müdafiəsi üçün qanunvericilik çərçivəsində Assosiasiyadan hüquqi və təşkilati yardım almaq;

- Assosiasiyanın orqanlarının fəaliyyəti haqqında məlumat almaq, bu orqanlara sorğu, təklif, ərizə və şikayətlə müraciət etmək;

- Assosiasiyanın göstərdiyi xidmət və yardımlardan istifadə etmək;

- Assosiasiyanın üzvlüyündın çıxmaq.

4.5. Assosiasiyanın üzvlərinin aşağıdakı vəzifələri vardır:

- Assosiasiyanın Nizamnaməsinə əməl etmək;

- Assosiasiyanın rəhbər orqanlarının qanuna və bu Nizamnaməyə uyğun qərarlarını yerinə yetirmək;

- üzvlük haqqını ödəmək;

- Assosiasiyanın fəaliyyətinə kömək göstərmək.

4.6. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrini üzürsüz səbəbə görə mütəmadi yerinə yetirməyən Assosiasiya üzvü Ümumi Yığıncağın qərarı ilə Assosiasiya üzvlüyündən çıxarıla bilər. Həmin qərardan məhkəməyə şikayət verilə bilər.

 

V. ASSOSİASİYANIN  RƏHBƏR  ORQANLARI

5.1. Assosiasiyanın ali idarəetmə orqanı bu il ərzində bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

5.2. Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduğu gündən azı üç ay müddətində Assosiasiyanın Ümumi Yığıncağı keçirilir.

5.3. Assosiasiya üzvlərindən azı üçdə bir hissəni təmsil edən təşəbbüs qrupu Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağın çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.4. Növbəti və ya növbədənkənar Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərarı Ümumi Yığıncağın keçiriləçəyi gündən ən azı iki ay əvvəl idarə heyəti verir.

5.5. İdarə heyəti bu nizamnamənin 5.2-ci və 5.4-cü bəndlərində müəyyən edilmiş müddətdə Ümumi Yığıncağın çağırılması haqqında qərar qəbul edilmədiyi halda, həmin qərar Assosiasiya üzvlərindən azı üçdə bir hissəsini təmsil edən təşəbbüs qrupu tərəfindən verilir. Bu halda Ümumi Yığıncağın çağırılması, vaxtı, gündəliyi və nümayəndəlik kvotası haqqında qərar Ümumi Yığıncağın keçiriləcəyi gündən ən azı bir ay əvvəl verilir. Bu nizamnamənin 5.2-ci bəndinin müddəaları pozulduğu halda Assosiasiyanın fəaliyyətinə xitam verilmiş hesab olunur.

5.6. Assosiasiyaya üzv olmayan bələdiyyələrin və digər qurumların nümayəndələri idarə heyətinin dəvəti ilə Ümumi Yığıncağın işində müşahidəçi qismində iştirak edə bilərlər.

5.7. Ümumi Yığıncaq nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

5.8. Assosiasiyanın nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi, Assosiasiyanın rəhbər orqanlarının seçilməsi və azad edilməsi və Assosiasiyanın ləğv edilməsi barədə qərarlar üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir.

5.9. Ümumi Yığıncağın səlahiyyətləri aşağıdakılardır:

- Ümumi Yığıncağın gündəliyinin və işçi orqanlarının təsdiq edilməsi;

- Assosiasiyanın təsis və ləğv edilməsi;

- Assosiasiyanın üzvünün üzvlükdən çıxarılması;

- nizamnamənin qəbul edilməsi, ona əlavə və dəyişikliklər edilməsi;

- Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

- Assosiasiyanın rəhbər orqanlarının - sədrinin, sədr müavinlərinin, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçilməsi və azad edilməsi;

- Assosiasiyanın sədrinin və nəzarət-təftiş komissiyasının hesabatlarının dinlənib müvafiq qərarların qəbul edilməsi;

- Assosiasiyanın üzvlərinin üzvlük haqqı həcminin müəyyən edilməsi;

- Assosiasiyanın büdcəsinin təsdiq edilməsi;

- Assosiasiyanın fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi.

5.10. Assosiasiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri Ümumi Yığıncaqda seçilməsindən başlanır və bu nizamnamənin 5.2-ci bəndində müəyyən edilmiş Ümumi Yığıncaqda başa çatır.

5.11. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslərin səlahiyyət müddətlərinin bitməsindən əvvəl vəzifədən azad edilməsi barədə təşəbbüs Assosiasiyanın üzvlərinin azı üçdə biri tərəfindən irəli sürüldükdə həmin məsələyə Ümumi Yığıncaqda baxıla bilər.

5.12. Assosiasiyanın rəhbər orqanlarına seçilmiş şəxslər barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə onların fəaliyyətlərinə müvafiq olaraq idarə heyətinin üzvü olduqda idarə heyətinin, nəzarət-təftiş komissiyasının üzvü olduqda isə nəzarət-təftiş komissiyasının qərarı ilə xitam verilir. Bu bəndin müddəaları Assosiasiyanın sədrinə şamil olunduğu halda və ya sədrin istefası olduqda idarə heyətinin qərarı ilə sədrin səlahiyyətləri Ümumi Yığıncağa qədər müavinlərin birinə həvalə olunur.

5.13. Ümumi Yığıncaqda Assosiasiyanın sədri sədrlik edir.

5.14. Ümumi Yığıncaqlar arası dövrdə Assosiasiyanın rəhbər orqanı idarə heyətidir.

5.15. İdarə heyətinin üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.16. İdarə heyətinin üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər.

5.17. İdarə heyəti üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Üzvlərinin yarısından çoxu iştirak etdikdə, idarə heyətinin iclası səlahiyyətli sayılır və qərarlar idarə heyətinin üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İdarə heyətinin iclaslarına Assosiasiyanın sədri və ya onun müavinlərindən biri sədrlik edir.

5.18. İdarə heyəti Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa, Assosiasiyanın fəaliyyəti ilə əlaqədar bütün məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edə bilər.

5.19. İdarə heyətinin iclasları zərurət olduqda, lakin iki ayda bir dəfədən az olmayaraq Assosiasiyanın sədri tərəfindən çağırılır.

5.20. İdarə heyətinin iclaslarında nəzarət-təftiş komissiyasının sədri iştirak edə bilər.

5.21. İdarə heyətinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi;

- Ümumi Yığıncağın qərarlarının icrasına nəzarətin həyata keçirilməsi;

- Assosiasiyanın müvafiq komissiyalarının yaradılması və fəaliyyətlərinə nəzarət edilməsi;

- növbəti və növbədənkənar Ümumi Yığıncağın çağırılması, onun keçirilmə vaxtı, gündəliyi, yeri və nümayəndəlik kvotası haqqında qərarların verilməsi;

- İcra katibliyinin iş qaydasının müəyyən edilməsi, onun strukturunun və say tərkibinin təsdiq edilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən icraçı katibinin və İcra katibliyinin digər məsul işçilərinin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın struktur vahidlərinin, filial və nümayəndəliklərinin, müəssisələrinin, xidmət sahələrinin yaradılması və ləğv edilməsi, strukturlarının, say tərkiblərinin təsdiq edilməsi, iş qaydalarının müəyyən edilməsi, fəaliyyətlərinə nəzarətin həyata keçirilməsi, Assosiasiyanın sədrinin təqdimatına əsasən rəhbərlərin işə təyin və işdən azad edilməsi;

- Assosiasiyanın vəzifələrinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin təsis edilməsi, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələrin və xidmət sahələrinin yaradılması, buklet, kitab və s. nəşrlərin buraxılması;

- Assosiasiyanın sədri tərəfindən imzalanmış memorandumların, sazişlərin, anlaşma müqavilələrinin, əmlakın icarəyə verilməsi, girov qoyulması, satışı və kreditlərin götürülməsi haqqındakı sənədlərin təsdiq edilməsi;

-Assosiasiyanın birinci fəaliyyət ili üçün büdcəsinin təsdiqi.

5.22. Assosiasiyanın sədri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilir.

5.23. Assosiasiyanın sədrinin səlahiyyətləri aşağıdakılardır:

- Assosiasiyanı təmsil edilməsi, onun adından müqavilə və sazişlərin imzalanması, müraciət etməsi;

- dövlət orqanları, hüquqi, fiziki şəxslərlə münasibətdə Assosiasiyanın adından çıxış etməsi;

- idarə heyətinin qərar və protokollarının imzalanması;

- Ümumi Yığıncağın və idarə heyətinin qəbul edilmiş qərarlarının icrasının təşkili;

- Assosiasiyanın müvafiq komissiyalarının fəaliyyətlərinin əlaqələndirilməsi;

- səlahiyyətləri daxilində sərəncam və əmrlərin verilməsi;

- Assosiasiyanın bütün struktur vahidlərinin, onun filial və nümayəndəliklərinin, yaradılmış müəssisə və xidmət sahələrinin növbəti maliyyə ili üçün xərclər smetasının təsdiq edilməsi;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi.

5.24. Assosiasiyanın sədri Assosiasiyanın növbədənkənar Ümumi Yığıncağının çağırılması haqqında idarə heyəti qarşısında məsələ qaldıra bilər.

5.25. Assosiasiyanın sədri Assosiasiyanın fəaliyyəti haqqında idarə heyətinə məlumat və Ümumi Yığıncağa hesabat verir.

5.26. Assosiasiyanın sədr müavinləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.27. Assosiasiyanın sədr müavinləri sədrin sərəncamına əsasən həvalə etdiyi səlahiyyətləri həyata keçirirlər.

5.28. Assosiasiyanın sədr və sədr müavinləri idarə heyətinin üzvüdürlər.

5.29. Nəzarət-təftiş komissiyası:

- Assosiasiyanın fəaliyyətinin Nizamnaməyə uyğunluğuna nəzarəti həyata keçirir;

- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir.

5.30. Nəzarət-təftiş komissiyasının üzvləri Ümumi Yığıncağa seçilmiş nümayəndələr arasından seçilirlər.

5.31. Nəzarət-təftiş komissiyasının üzvlərinin sayı Ümumi Yığıncaqda müəyyənləşdirilir. Nəzarət-təftiş komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir və qərarlar komissiyanın üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

5.32. Nəzarət-təftiş komissiyası öz üzvləri arasından Nəzarət-təftiş komissiyasının sədrini, sədrin müavinini və katibini seçir.

5.33. Nəzarət-təftiş komissiyasının üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla yerinə yetirirlər və səlahiyyətləri müddətində idarə heyətinin üzvü və İcra katibliyinin işçisi ola bilməzlər.

 

VI. ASSOSİASİYANIN  İCRA  ORQANI

6.1. İcra katibliyi Assosiasiyanın sədrinin və idarə heyətinin fəaliyyətinin təşkilati, hüquqi, informasiya, maliyyə-təsərrüfat və digər təminatı məqsədi ilə yaradılan daimi fəaliyyət göstərən icra orqanıdır. İcra katibliyinin gündəlik işinə icraçı katib rəhbərlik edir və nəticəsi barədə Assosiasiyanın sədrinə hesabat verir.

6.2. Nizamnamənin 5.21-ci bəndinin 5-ci hissəsində qeyd olunan işçilər istisna olmaqla İcra katibliyinin digər işçilərinin işə təyin və işdən azad edilməsi Assosiasiyanın sədrinin əmri ilə həyata keçirilir.

 

VII. ASSOSİASİYANIN  MÜLKİYYƏTİ  VƏ  MALİYYƏ  VƏSAİTLƏRİ

7.1. Assosiasiya qanunvericiliyə uyğun olaraq əmlaka və maliyyə vəsaitlərinə malik ola bilər. Assosiasiyanın əmlakı və maliyyə vəsaitləri yalnız Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.

7.2. Assosiasiyanın əmlakının və maliyyə vəsaitlərinin yaranma mənbələri aşağıdakılardır:

- üzvlərin üzvlük haqları, könüllü olaraq əmlak haqları, ianələr, məqsədli ödəmələr;

- Assosiasiya tərəfindən keçirilən tədbirlərdən əldə olunan gəlirlər;

- sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlirlər;

- göstərilən xidmətlərin, görülən işlərin nəticəsində əldə edilən gəlirlər;

- təhsil proqramlarının həyata keçirilməsindən əldə olunan gəlirlər;

- malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar;

- sərəncamında olan binaların, maşınların, texnikanın və digər əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;

- sponsor yardımları, fiziki və hüquqi şəxslərin digər könüllü ianələri;

- müxtəlif beynəlxalq fondların və təşkilatların ayırdığı qrantlar;

- qanunla qadağan olunmayan digər mənbələr.

 

VIII. ASSOSİASİYANIN  LƏĞV  EDİLMƏSİ

8.1. Assosiasiya aşağıdakı hallarda ləğv edilir:

- Assosiasiyanın Ümumi Yığıncağının bu barədə qərarı qəbul edildikdə;

- Assosiasiya digər təşkilatlar və ya qurumlarla birləşdikdə;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı ilə Assosiasiyanın qeydiyyatı ləğv edildikdə;

- Assosiasiyanın üzvlərinin sayı bu Nizamnamədə nəzərdə tutulan həddən aşağı olduqda.

8.2. Assosiasiya ləğv edildikdə, Ümumi Yığıncağın, bu mümkün olmadığı halda idarə heyətinin qərarı və ya Assosiasiyanın sədrinin sərəncamı ilə ləğvetmə komissiyası yaradılır. Borclar ödənildikdən sonra qalan əmlak Assosiasiyanın Nizamnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsinə sərf olunur, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldilir.

8.3. Assosiasiyanın fəaliyyəti ilə bağlı əmlak mübahisələri qarşılıqlı anlaşma əsasında, əgər belə anlaşma əldə edilməzsə, məhkəmə qaydasında həll edilir.

Faydalı Linklər