Haqqımızda

Azərbaycanda ilk dəfə olaraq məhz Heydər Əliyevin hakimiyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilmişdir. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş və seçkilər nəticəsində ümumilikdə ölkəmizdə 2700-dən çox bələdiyyə yaradılmışdır. Getdikcə bu sahədə beynəlxalq təcrübə mənimsənilmiş və müəyyən edilmişdir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və maliyyə potensialının gücləndirilməsi yollarından biri də onların birləşməsidir. Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslardan istifadəsinin səmərəliliyinin yüksəldilməsinə, yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına və kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilərək “Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ildə bələdiyyələr birləşərək sayı 1718-ə çatdırılmış, 2014-cü ildə isə növbəti birləşmə prosesi nəticəsində bələdiyyələrin sayı 1607-yə qədər azaldılmışdır. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ölkə  bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına, qabaqcıl dünya təcrübənsini öyrənmək məqsədi ilə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və nəticədə ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə ölkədə yeli özünüidarənin davamlı  inkişafına nail olmağa səy göstərir və bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. 

        Bələdiyyə seçkiləri:

Ümumilikdə Azərbaycan Respublikasında 5 dəfə bələdiyyə seçkiləri keçirilmişdir.

S/S

Seçki  ili, ayı, günü

Formalaşdırılan bələdiyyələrin sayı

Seçilmiş üzvlərin sayi

1

12.12.1999

2667

20454

2

17.12.2004

2731

20346

3

23.12.2009

1717

15591

4

23.12.2014

1607

14963

5

23.12.2019

1606

15075

Bələdiyyələrin birləşməsi:

Birləşmə ili

Birləşmədən əvvəl bələdiyyələrin sayı

Azalma vahidi

Birləşmədən sonra bələdiyyələrin sayı

2009

2735

1018

1717

2014

1717

111

1606

 

Hal-hazırda respublikada fəaliyyət göstərən bələdiyyələr barədə məlumatlar:

Naxçıvan MR istisna olmaqla   -    1436

Şəhər bələdiyyələri                        -    68

Qəsəbə bələdiyyələri                     -    141

Kənd bələdiyyələri                          -    1227

Naxçıvan MR- da                          -    170

Şəhər bələdiyyələri                        -     6

Qəsəbə bələdiyyələri                    -     8

Kənd bələdiyyələri                          -    156

Bələdiyyələrin ümumu sayı      –   1606 (74 şəhər, 149 qəsəbə, 1383 kənd)

 

Ölkə bəldiyyələrinin fəaliyyətinin milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərilməsi və respublikamızda yerli özünüidarənin inkişafına nail olmaq məqsədi ilə 2006-cı ildə bələdiyyələr özlərinin könüllü ittifaqları olan Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrin Milli Assosiasiyalarını yaratmışlar.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA), Azərbaycan Respublikasının  74 şəhər bələdiyyəsini, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şəhər Bələdiyyələrinin Assosiasiyasını ( 6 şəhər bələdiyyəsi)  özündə birləşdirir.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası (AQBMA), Azərbaycan Respublikasının  149 qəsəbə bələdiyyəsini, o cümlədən Naxçıvan Muxtar Respublikasının Qəsəbə Bələdiyyələrinin Assosiasiyasını (8 qəsəbə bələdiyyəsi)  özündə birləşdirir.

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası (AKBMA), Azərbaycan Respublikasının 1383 kənd  bələdiyyəsini, o cümlədən Naxçıvan Muxtar Respublikasının Kənd Bələdiyyələrinin Assosiasiyasını ( 156 kənd bələdiyyəsi)  özündə birləşdirir.

Bələdiyyələrin Milli Assosiasiyaları:

  1. 30 noyabr 2006-cı ildə Azərbaycan Şəhər  Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) təsis yiğıncağı  keçirilmişdir.
  2. 15 dekabr 2006-cı ildə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) təsis yiğıncağı  keçirilmişdir.
  3. 27 dekabr 2006-ci ildə Azərbaycan Kənd  Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA) təsis yiğıncağı  keçirilmişdir.

Assosiasiyaların Nizamnamələri 31 yanvar 2007-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Hal-hazırda:

  1. AŞBMA Naxçıvan Muxtar Respublikasının Şəhər Bələdiyyələrinin Assosiasiyasını (6 bələdiyyə)  və respublikanın digər ərazilərində fəaliyyət göstərən 68 şəhər bələdiyyəsini özündə birləşdirir.
  2. AQBMA Naxçıvan Muxtar respublikasının Qəsəbə  Bələdiyyələrinin Assosiasiyasını (8 bələdiyyə)  və  respublikanın digər ərazilərində fəaliyyət göstərən 141 qəsəbə  bələdiyyəsini özündə birləşdirir.
  3. AKBMA Naxçıvan Muxtar Respublikasının Kənd Bələdiyyələrinin Assosiasiyasını (156 bələdiyyə) və respublikanın digər ərazilərində fəaliyyət göstərən 1227 kənd  bələdiyyəsini özündə birləşdirir.

Milli Assosiasiyalar bələdiyyələrə xarici ölkələrdə fəaliyyət göstərən müvafiq yerli özünüidarə orqanları ilə bağlı əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə töhfə vermək, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yaratmaq kimi məsələləri  qarşısında duran prioritet vəzifə kimi hesab edirlər. Bu baxımdan Milli Assosiasiyalar Avropa Birliyi ölkələri, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələri  və o cümlədən Türk Dünyası Bələdiyyələr Birliyinə daxil olan 28 dövlətin bir sıra bələdiyyə orqanları və onların yaratdıqları  milli ittifaq və birlikləri ilə əməkdaşlıq əlaqələri qurmuş, yerli özünüidarə sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məqsədi ilə respublika bələdiyyələrinin nümayəndələrindən ibarət heyətlərin qarşılıqlı səfərlərini  təşkil etmişdir. Qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək məqsədi ilə ölkəmizin  bələdiyyələri ilə xarici ölkələrin bir sıra bələdiyyələri arasında qardaşlaşma protokolları imzalanmışdır.

Ümumilikdə,  Milli Assosiasiyalar  ölkənin ictimai həyatında, vətəndaş cəmiyyəti quruculuğunda uğurla aparılan proseslərin fəal iştirakçısına çevrilmişdir. Milli Assosiasiyalar öz fəaliyyətini ölkənin dövlət və hökümət orqanları ilə birgə, qarşılıqlı faydalı əməkdaşlıq formasında qurmuşdur. 2007-ci ildən başlayaraq  bələdiyyələrin fəaliyyəti ilə bağlı yeni qanunların qəbulu və mövcud qanunlara dəyişikliklərin edilməsi proseslərində  Milli Assosiasiyaların sədrləri və icraçı katibiləri Milli Məclisdə ölkə bələdiyyələrinin təmsilçiliyini həyata keçirir, bələdiyyələrdən daxil olan təklif və tövsiyyələri ümumiləşdirərək parlament nümayəndələrinin diqqətinə çatdırırlar.

Milli Assosiasiyalar Yerli özünüidarəetmənin institusional inkişafına, bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsinə, yerli əhəmiyyətli sosial məsələlərin həllinin sürətləndirilməsinə xüsusi önəm verərək bu sahədə geniş və əhatəli proqramlar hazırlamış, bələdiyyələrin qabaqcıl təcrübələri öyrənilmiş, yerli özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatları arasında əlaqələr qurulmuşdur.

2008-ci ildən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə uyğun olaraq ölkənin bütün bələdiyyələrində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” təbirləri keçirilir. Həftələrin keçirilməsində əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, imkanlarının, eləcə də həmrəyliyinin artırılmasıdır.

Milli Assosiasiyaların fəaliyyətlərinin başlıca istiqamətlərindən biri bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi , bələdiyyələrdə vergi uçot sisteminin düzgün qurulması, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkilinə köməklik göstərməkdir. Bu  məqsədilə  2016-cıilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədi ilə Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyalar tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramı hazırlanmış və respublikanın bütün bələdiyyələrində  uğurla tətbiq edilmişdir. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirmiş, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılmasına imkan yaratmışdır. Proqram, ümumilikdə  bələdiyyələrin fəaliyyəti ilə bağlı  lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq, bələdiyyə fəaliyyətində tam şəffaflığın təmin edilməsinə  imkan yaradır.

Azərbaycan Respublikasının ərazisində yerli (bələdiyyə) vergilərin və  ödənişlərin ödəyicilər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada elektron ödəniş sistemi (Hökumət Ödəniş Portalı - HÖP)  vasitəsi ilə ödənilməsini təşkil etmək üçün bələdiyyələrə, hüquqi və fiziki şəxslərə xidmət göstərmək məqsədi ilə 6 aprel 2021-ci il tarixində Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) Proqramının bazasında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Bələdiyyələrin Onlayn  Xidmət Mərkəzi” MMC təsis edilmişdir.

Azərbaycan  Bələdiyyələrinin Milli Assosiasiyaları ölkə  bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına, qabaqcıl dünya təcrübənsini öyrənmək məqsədi ilə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və nəticədə ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə ölkədə yeli özünüidarənin davamlı  inkişafına nail olmağa səy göstərir və bu istiqamətdə fəaliyyətini daha da genişləndirir.

Faydalı Linklər