• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

“BƏLƏDİYYƏLƏRDƏ NAĞDSİZ ÖDƏNİŞLƏRİN TƏŞVİQ EDİLMƏSİ VƏ ÇƏTİNLİKLƏRİN MÜZAKİRƏSİ”

“ Bələdiyyələrdə vergi uçotunun düzgün qurulması, onların maliyyə imkanlarının gücləndirilməsi əsas şərtdir”

Bələdiyyələrdə nağdsiz ödənişlərin təşviq edilməsi və çətinliklərin müzakirəsi” mövzusunda onlayn görüş keçrilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən görüşdə yerli (bələdiyyə) büdcə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə edilməsi məsələləri müzakirə edilib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyası, və Mərkəzi Bankın əməkdaşlarının da iştiraki ilə keçrilən görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin  ödənilməsi proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə  fikir mübadiləsi aparılıb. 26 bankın  nümayəndələrinin  iştirak etdiyi onlayn görüşdə bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə edilib. " Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" MMC-nin direktoru Adil Əhmədov bildirib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədilə bütün ödənişlərin HÖP üzərindən həyata keçrilməsi bu sahədə şəffaflığı artıracaq. Azərbaycan Banklar Assosiasiyasının icraçı direktori Yunus Abdulov banklarla əməkdaşlığın daha effektli və bu sahədə birgə marifləndirmə tədbirlərinin təşkil edilməsinin zəruriliyini vurğulayıb. 

Daha sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların  nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli bildirib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər gücləndirməsinə şərait yaradacaq. Bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir. Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) yaradılmış və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb. Görüşdə Dövlət başçısının “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-da bələdiyyələrin gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi tədbirinin icrası ilə əlaqədar icra olunmuş məsələlərə toxunulub. Onlayın görüşdə qeyd edilib ki, bütün bələdiyyə ödənişləri  vahid portal yəni HÖP üzərindən aparılması həm də korrupsiya  hallarının qarşısını alacaq. Qeyd edək ki, işçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə  26 banklara  müvafiq tövsiyələr də verilib.

 

Faydalı Linklər