• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Almas Salehova

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədr əvəzi

 

 

 Salehova Almas Yaqut qızı 20 iyul 1964-cü ildə Ağdaş rayonunun Qulbəndə kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. 

 Əmək fəaliyyətinə 1982-ci ildə başlayıb. 1982-2000-ci illərdə Ağdaş İstixana Kombinatında fəhlə, laboratoriya müdiri, baş aqronom vəzifələrində çalışıb. 2009, 2014 və 2019-cu illərdə bələdiyyə seçkilərinə qatılaraq Ağdaş rayonunun Qulbəndə bələdiyyəsinə üzv seçilib. 2010, 2015 və 2020-ci illərdə bələdiyyənin ilk iclasında Qulbəndə bələdiyyəsinin sədri seçilib. 2015-ci ildən Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini vəzifəsinə seçilib. 13 sentyabr 2023-cü il tarixdən Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədr əvəzidir.

Telefon: 012 565 75 52

E-Mail: almas.salehova@abma.gov.az

Faydalı Linklər