• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

ABMA Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

12 sentyabr 2023-cü il tarixində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Dövlət Məşğulluq Agentliyi arasında onlayn görüş keçirilmişdir. Görüşdə ABMA-nı Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov və digər əməkdaşlar, Dövlət Məşğulluq Agentliyini isə Sosial Əməkdaşlıq şöbəsinin müdiri Murad Əsgərzadə və baş mütəxəssis Aqşin Babayev təmsil etmişdir.

Görüşdə yerli özünüidarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin effektivliyinin daha da artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşları ilə geniş müzakirələr aparılmış, habelə əməkdaşlığın növbəti hədəfləri müəyyən edilmişdir.

Görüşdə həmçinin ABMA və Dövlət Məşğulluq Agentliyi ilə gələcəkdə keçirilməsi planlaşdırılan birgə layihələrin icrasına dair məsələlər də  müzakirə edilib.

Faydalı Linklər