• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Dövlət başçısının Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Aprelin 20-də Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada ABMA-nın ,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd yaşıllaşdırma ənənələri irsini davam etdirmək və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Aksiyada yerli iqlim şəraitinə uyğun olan ağaclar əkilib. Həmçinin əkilmiş ağaclara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə etməklə lazımi tədbirlər görülüb.

Faydalı Linklər