• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə qarşılıqlı əməkdaşlığa dair görüş keçirilib

ABMA ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin və tədbirlərin təşkili məqsədilə görüş keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş tutmuş görüşdə Komitənin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, həmçinin aidiyyəti şöbələrin əməkdaşları, ABMA-dan isə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, Yerli inkişaf layihələri ilə iş və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmrah İmanov, Bələdiyyələrlə iş departamentinin məsləhətçisi Lalə Məmmədova iştirak etmişlər.

Görüşdə ABMA ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilmiş, bələdiyyələrdə gender komisiyalarının yaradılması, qadınların yerli özünüidarəetmədə rolunun artırılması məsələləri müzakirə edilmiş, regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək və Qadın Resurs Mərkəzləri ilə bələdiyyələr arasında əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Faydalı Linklər