• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Azərbaycan, Türkiyə və Şimali Kipr Cumhuriyyətindən olan nümayəndələr yerli özünüidarəetmə sahəsi ətrafında onlayn görüş keçiriblər

Azərbaycan Bələdiyyələrininin Milli Assosiasiyalarının (ABMA), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı, Türk Dünyası Belediyeler Birliği - Union Of Turkish World Municipalities (TDBB) və Kipr Türk Bələdiyyələri Birliyinin təmsil olunduğu bələdiyyə nümayəndələrinin iştirakıyla 7 dekabr 2023- cü il tarixində onlayn görüş keçirilib.

Görüş zamanı yerli özünüidarəetmə sahəsində aktual olan məsələlərə- vergi uçotuna, sənədləşmə prosesinə, yerli iqtisadi, sosial və ekoloji proqramların hazırlanması və həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında bələdiyyə qərarlarının qəbulu zamanı yerli əhalinin iştirakı məsələsi də vurğulanaraq, yerli özünüidarəetmədə innovasiya və müasir texnologiyaların demokratiyaya təsiri ilə bağlı məsələlər müzakirə edilib.

Yekunda Azərbaycan, Türkiyə və Şimali Kipr bələdiyyələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil olunması təklif olunub.

Faydalı Linklər