• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Bələdiyyə sədrləri və nümayəndələri üçün təlimə start verilib

Bələdiyyə sədrləri və nümayəndələri üçün təlimə start verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Technest Təqaüd Proqramı” çərçivəsində həyata keçiriləcək təlimlərə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşəbbüsü ilə bələdiyyə sahəsində çalışan şəxslər də cəlb edilib. Layihə çərçivəsində bələdiyyə sədr və nümayəndələrinin İKT sahəsi üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün 1 aylıq təlim keçirilməsi nəzərdə tutulub. Təlim regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. Bu təlim bələdiyyə sahəsində görülən işlərin inkişafına, əlçatanlığına şərait yaradacaqdır. Təlimdə uğurla iştirak edən bələdiyyə sədr və nümayəndələrinə sertifikatlar təqdim olunacaqdır.

Faydalı Linklər