• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

BƏLƏDİYYƏ ÜZVLƏRİNDƏN İBARƏT AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLANDDA SƏFƏRDƏ OLUB

YERLİ ÖZÜNÜİDARƏNİ ƏHATƏ EDƏN MƏSƏLƏLƏRƏ DAİR MÜZAKİRƏLƏR APARILIB

Azərbaycan nümayəndə heyəti Niderlandın Arnhem şəhərində Avropa Şurası Konqresinin İdarəçilik Komitəsinin iclasında iştirak edib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin İdarəçilik Komitəsinin üzvləri Hümbət Hüseynov, Rauf Əliyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədovun iştirak etdiyi iclasda bir sıra məsələlərə toxunulub. İdarəçilik komitəsinin sədri Jelena Drenjanin və Konqresin Baş katibi Mathieu Mori Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə görüşünün yekunları barəsində məlumat veriblər. Baş katib zirvə görüşünün yekun bəyannaməsini Konqresin işi üçün müsbət qiymətləndirib. Bildirib ki, bəyannamə yerli və regional demokratiya və özünüidarə üçün yeni təkanlar verəcək.  Bu barədə Azərbaycan nümayəndə heyətinin katibi Rövşən Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə dairəvi iqtisadiyyatların inkişaf edilməsində yerli və regional hakimiyyətlərin roluna dair debat baş tutub. Debatda yerli özünüidarəni əhatə edən məsələlərə dair müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Hümbət Hüseynov çıxışında nifrət nitqinin və saxta xəbərlərin cəmiyyətin təmsilçiliyini məqsədyönlü şəkildə korrektə edərək yeni reallıq formalaşdıra bilməsinə toxunub. Və bunun seçicilərin seçki davranışına mənfi təsir edəcəyindən danışıb. Daha sonra Azərbaycan nümayəndə heyəti Avropa bələdiyyələri və regionları üçün rəqəmsal güclənməyə dair konfransda iştirak edib. Panel çıxışlar zamanı isə Avropada bələdiyyələr və regionlar üçün rəqəmsal inklüzivliyin, kibertəhlükəsizliyin və süni intellektin imkanları müzakirə edilib.

Faydalı Linklər