• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Bələdiyyələr insanların güvənə biləcəyi yerli özünüidarəetmə orqanına çevrilir

Elşad VƏLİYEV 

XƏTAİ BƏLƏDİYYƏSİNİN SƏDRİ 

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla yanaşı mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bələdiyyə İnstitutu olmadan yerli özününidarəetməni təsəvvür etmək mümkün deyil.  Çünki əhali qarşısında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hesabat verən bələdiyyələr yerli əhalinin problemlərinə bələd olmaqla yanaşı, onların həlli üçün qərarlar qəbul edirlər. Bu qərarlar isə bir çox hallarda əhalinin yaşayışına, üzləşdikləri məsələlərə aid olur. Bu zaman əhalinin etimad göstərərək seçdiyi bələdiyyə üzvləri fəaliyyətə başladıqları gündən onlara göstərilən etimadı məhz gördükləri işlə onları məlumatlandırmaqla təsdiqləmiş olur. Bu sözləri amba.gov.az saytına açıqlamasında Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib. O, bildirib ki, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi üçün Bələdiyyə İnstitutu əsas şərtdir. Əlavə edib ki, Bələdiyyə İnstitutunun bünövrəsini, əsas prioritetlərini Ulu Öndər Heydər Əliyev müəyyən edib. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi:“Bələdiyyələr ölkəmizdə demokratiyanın inkişafında yeni bir mərhələdir”.  Son vaxtlar bələdiyyələrin fəaliyyətində nəzərəçarpacaq şəkildə olan canlanma onunla əlaqədardır ki, Bələdiyyə İnstitutunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılması və fəaliyyətində Avropa təcrübəsindən istifadə olunur. Bu gün bələdiyyələrin fəaliyyət göstərdiyi 23 ili təhlil etsək görərik ki, bu orqanlar cəmiyyətdə özlərini  mühüm bir struktur olaraq təsdiq edə biliblər.  Qeyd edib ki, ölkəmizdə yerli demokratiya və özünüidarənin inkişafı sahəsində olduqca önəmli işlər görülməkdədir. Bələdiyyə yaranandan bu günədək 20-dən artıq qanun, 200-dən artıq normativ-hüquqi sənəd təsdiq edilib. Məhz bu qanunvericlik aktlarının nəticəsidir ki, ölkə bələdiyyələri, o cümlədən sədri olduğum Xətai bələdiyyəsi rayon ərazisində saysız-hesabsız layihələri icra edib. Üstəlik qanunlarımızın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərini əvvəlki illərlə müqayisədə 3 dəfə artıra bilmişik. Etiraf etməliyik ki, qanunların hazırlanmasında, müzakirəsində ilk olaraq Milli Məclisin Regional Məsələlər Komitəsinin mühüm rolu var. Mütəmadi olaraq bələdiyyələrdən daxil olan təkliflərin komitənin iclaslarında müzakirəyə çıxarılması təqdirəlayiq hal hesab etmək olar. Xətai bələdiyyəsi olaraq Bələdiyyə İnstitutunun əsas istiqamətlərindən olan Regional Məsələlər Komitəsinə daim öz təkliflərimizi ünvanlayırıq. Bununla bərabər fəaliyyətimizə inzibati nəzarəti həyata keçriən orqan- Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bizlərə həm də metodoloji yardım göstərərək, qarşılaşdığımız çətinliklərin aradan qaldırılmasında öz tövsiyələrini verməkdədir. Cari ilin ilk dörd ayı ərzində artıq beş metodiki tövsiyə göndərilib ki, bu da fəaliyyətimizdə qarşılaşdığımız çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır. Əvvəlki illərlə müqayisədə ardıcıl olaraq bələdiyyə sədrlərinin iştirakı ilə görüşlərin təşkili, həmçinin bələdiyyələr üçün vacib mövzuların müzakirəyə çıxarlımasını müsbət hal kimi dəyərləndirmək lazımdır.  Qeyd etməliyik ki, Bələdiyyə İnstitutlarının ən vacib elementlərindən sayılan bələdiyyə Assosiasiyalarının əvvəlki illərlə müqayisədə fəaliyyətinin təkmilləşdirilməsi və nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinə dəstəyin göstərilməsi biz bələdiyyə təmsilçilərinin ürəyincədir.   Artıq ölkəmizdə bələdiyyələrin inkişafına diqqət və qayğı göstərilməkdədir. Bu gün bizim Xətai bələdiyyəsi digər strukturlarla, Administrasiyanın müvafiq sektoru ilə yanaşı, Ədliyyə Nazirliyi, yerli icra orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Qeyd etməliyəm ki, bütün işlərdə bu qurumlarla birgə müzakirələr, habelə qarşılıqlı əməkdaşlıq sağlam inkişafa daha da dəstək verir. Yerli özünüidarətemə orqanlarının fəaliyyətini tənzimləyən Bələdiyyə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq isə demokratiyanın inkişafının göstəricisi olmaqla bərabər bu sahədə şəffaflığın bariz nümunəsidir. 

Faydalı Linklər