• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

BƏLƏDİYYƏLƏRDƏ BLOKÇEYN TEXNOLOGİYASINDAN İSTİFADƏ

ABMA-nın nümayəndələri yerli bələdiyyələrə Avropa təcrübəsini tövsiyyə edir 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri yerli bələdiyyələrə Avropa təcrübəsindən yararlanmağı tövsiyyə edir.Qeyd edək ki, ABMA-nın nümayəndələri cari ilin 6 ayında bir çox beynəlxalq səviyyəli tədbirlərdə təmsil olunub. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü sessiyası,Konqresin Monitorinq, İdarəçilik və Cari Məsələlər Komitələrinin iclasları ABMA-nın təmsil olunduğu tədbirlərin bir hissəsidir. İclaslarda iştirak edən nümayəndələr Azərbaycanda inkişaf etməkdə olan yerli özünüidarəetmədən nümunələr gətirməklə yanaşı yerli və regional idarəetmə üzrə gedən cari müzakirələrdə aktiv iştirak edib. ABMA-nın nümayəndələri Niderlandın Arnhem şəhərində keçirilən “Avropa bələdiyyələri və regionları üçün rəqəmsal güclənmə” və Almaniyanın Potsdam şəhərində keçirilən “İnsan hüquqlarının müdafiəsinə əsas töhfə kimi yerli və regional səviyyələrdə davamlılıq, ətraf mühit və iqlim mühafizəsi” adlı konfranslarda təmsil olunub. Konfransda Avropa bələdiyyələrində rəqəmsal inklüzivliyin, kibertəhlükəsizliyin və süni intellektin nümunələri müzakirə edilib. Bunlara misal olaraq bir sıra bələdiyyələrdə pilot layihə olaraq artıq blokçeyn texnologiyasının istifadəsinə başlanılıb. Blokçeyn texnologiyası biznes və ya hökümət şəbəkəsi daxilində şəffaf məlumat mübadiləsinə imkan verən bir mexanizmdir. Bu texnologiya vasitəsilə sistemdəki məlumatlar hər kəsə görünür bu isə bütün istifadəçilərə əməliyyatların tarixinə baxmaq imkanı verir. Blokçeyn texnologiyasından istifadə edən bələdiyyələr səmərəli hesabatların aparılmasına və vətəndaşlara aid bütün məsələlər (səhiyyə, sənədləşmə, müəllif hüquqlarının qorunması, səsvermə, kripto ödənişlər və s.) üzrə məlumat mübadiləsinə rahatlıqla nail olur. Əlavə olaraq, Avropa bələdiyyələrində rəqəmsal və süni intellekt vasitələrinin demokratik proseslərə təsiri, şəhər və kənd yerlərində inklüziv rəqəmsal keçidin təmin edilməsi, sosial bərabərsizliklərin qarşısının alınması və digər mühüm məsələlər vətəndaş məmnuniyyətinin artırılması üçün önəmli yer tutur. Ölkəmizdə fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının da Avropa bələdiyyələrində gedən yeniliklərdən faydalanması hədəflənib. Assosiasiyaların nümayəndələri bu istiqamətə hədəflənmiş təcrübəni yerli bələdiyyələr arasında bölüşməklə bunun ölkəmizdə tətbiqinə nail olmaq niyyətindədir.

Faydalı Linklər