• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Bələdiyyələrin birləşdirilməsi necə həyata keçiriləcək

Bələdiyyələrin birləşdirilməsi necə həyata keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin 2024-cü il 1 mart tarixdə keçiriləcək iclasının gündəliyinə bələdiyyə qanunvericiliyinə dair iki qanun layihəsi salınmışdır. Son günlər bələdiyyələrin birləşdirilməsi barədə bəzi deputatların çıxışlarına və KİV-lərdə gedən məlumatlara əsasən qanunvericilikdə dəyişiklik edildikdən sonra əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcəkdir. Əgər qanunvericilikdə bu dəyişikliklər baş tutarsa ilk növbədə ictimaiyyəti maraqlandıran sual yəqin ki, birləşdirilmənin hansı prinsiplər əsasında aparılacağı olacaqdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) həm Azərbaycanda bələdiyyələrin birləşməsi təcrübəsinə və beynəlxalq təcrübəyə, həm də mövcud qanunvericiliyə istinadən birləşdirilmənin hansı ardıcıllıqla həyata keçirilməsi məsələsini təhlil etmişdir. 
Azərbaycan Respublikasının Milli Məclisi yeni qanun layihəsini təsdiq etdikdən və qanunlar qüvvəyə mindikdən sonra bələdiyyələr həmin müddəaların yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır. Bunun üçün əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyəti, tarixi və digər yerli xüsusiyyətləri nəzərə almaqla və onlara daha yaxın ərazilərdə yerləşən bələdiyyələrlə birləşmə barədə rəyini hazırlayaraq bələdiyyə iclasında təsdiq etməlidirlər. 
Bu qərarlar vahid ad altında birəşəcək bütün bələdiyyələrin iclaslarında qəbul edilir və bütün qərarlarda birləşəcək bələdiyyələrin adları göstərilməklə yeni yaranan bələdiyyənin adı qeyd olunur. 
Bu proseslərdə əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaxın ərazilərdə yerləşən böyük şəhər və yaxud qəsəbə bələdiyyələrinə birləşdirilməsi də istisna olunmur. Birləşməyə dair qəbul edilmiş bələdiyyə qərarları bələdiyyənin müsbət rəyi ilə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir. 
Azərbaycan Respublikasının Milli Məclisi bələdiyyələrdən göndərilmiş müraciətlər əsasında araşdırma apararaq müvafiq bələdiyyələrin birləşdirilməsi barədə qərar qəbul edir. Bundan sonra müvafiq bələdiyyələrin birləşdirilməsi barədə qanun imzalanır.


                                                                                                                                                              Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Faydalı Linklər