• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Bibiheybət bələdiyyəsi tələbə adını qazanan abituriyentləri təbrik edib

Bibiheybət bələdiyyəsi tələbə adını qazanan abituriyentləri təbrik edib.

 

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü Bibiheybət bələdiyyəsi ali məktəblərə qəbul olan tələbələri hər il olduğu kimi cari ildə də təbrik etmək məqsədilə tədbir təşkil edib.

Tədbirdə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, sədr müavini Sədaqət Həsənova, sosial məsələlər üzrə daimi komissiyanın sədri Nərgiz Abdurəhmanova və ali məktəblərə qəbul olan tələbələr iştirak ediblər. Tədbir rəsmiləri qəbul imtahanında yaxşı nəticə göstərdiklərinə görə məzunları təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Sonda Bibiheybət bələdiyyəsi tərəfindən 400-dən yuxarı bal toplayan gənclərə pul mükafatları, digərlərinə qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

 

Qeyd edək ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrin həyata keçirdiyi tədbirlərin işıqlandırılmasına dəstək davam etdirilməkdədir.

Faydalı Linklər