• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

“HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələri bir araya gətirib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhər, qəsəbə və kəndlərdə bələdiyyə üzvləri genişmiqyaslı ağacəkmə aksiyalarına qoşulub. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiya Bakının Nərimanov rayonu, şəhid Zaur Nudrəliyevin adını daşıyan ərazidə baş tutub. Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun olaraq 200-dən artıq iynəyarpaqlı ağac əkilib, suvarma işləri, aqrotexniki qulluq işləri aparılıb, ətrafda abadlıq işləri görülüb. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nəzarəti ilə əkilən ağaclara yerli bələdiyyələr tərəfindən daimi qulluq göstəriləcək.

"BİR AĞACI ƏKİB BÖYÜTMƏK BİR ÖVLADI BÖYÜTMƏYƏ BƏRABƏRDİR"

Son vaxtlar bir çox bələdiyyələr əhalini narahat edən problemlərin həllinə yönəlmiş sosialyönümlü layihələr həyata keçirirlər.  Şəhər bələdiyyələri park və küçələrin abadlaşdırılmasında yaxından iştirak edirlər. Növbəti dəfə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə 200-dən çox həmişəyaşıl ağac əkildi.  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib ki, biz bununla həm də hər kəsə “Ağac kəsməyə yox, əkməyə dəstək” mesajını vermiş olduq. Ümummilli Lider Heydər Əliyevin bir kəlamı var: “Bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir”. Sədr qeyd edib ki, ağacları əkib suvarmaq, böyütmək, şəhəri yaşıllığa çevirmək xalqımız üçündür, gələcək nəsillərin sağlam yaşaması eyni zamanda Bakının iqlimi üçündür. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları şəhər, qəsəbə və kənd bələdiyyə üzvlərinin beynəlxalq təcrübədən yararlanaraq əhali ilə sırf ünsiyyətdə olub problemlərinin köklü həll olunması istiqamətində də bir sıra layihələrin icrasına başlayıb. Hədəf, bələdiyyə sistemində köklü dəyişiklik edərək vətəndaş məmnunluğu yaratmaq, ölkədə gedən qlobal islahatlara öz töhfəsini verməkdir. "Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirdiyimiz bu sosial layihənin davamı kimi hər birimiz bu salınan yaşıllığa qayğı göstərməli, ekoloji tarazlığın təminatı üçün əlimizdən gələni etməliyik”, - deyə T.Tağıyev qeyd edib.

 

Faydalı Linklər