• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

Hümbət Hüseynov: “Mövcud qanunlara edilən əlavə və dəyişikliklər fəaliyyətimizin təkmilləşdirilməsinə yeni imkanlar yaradır”

Hümbət Hüseynov: “Mövcud qanunlara edilən əlavə və dəyişikliklər fəaliyyətimizin təkmilləşdirilməsinə yeni imkanlar yaradır”

AQBMA-nın və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında öz fikirlərini səsləndirib: “Ölkəmizdə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir. Ölkə bələdiyyələri də yaradılan bu əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini  davam etdirirlər. Prezident Administrasiyasının Bələdiyyələrlə iş sektoru, Milli Məclisin Regional məsələlər komitəsi və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. Bununla yanaşı bələdiyyələrin fəaliyyəti ilə bağlı olan bütün qanunvericilik aktlarının ilkin müzakirələrində milli assosiasiyaların təmsilçiləri yaxından iştirak edərək öz təkliflərini bildiriblər. Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili, bu sahədə ciddi tədbirlərin görülməsi qarşımıza bir vəzifə kimi qoyulmuşdur. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının imkanları 2023-cü ildə yenilənərək tam istifadə edilməsi üçün respublikanın bütün bələdiyyələrinə tövsiyə olunmuşdur”.

Faydalı Linklər