• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin işində Azərbaycan nümayəndələri iştirak edib

İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin işində Azərbaycan nümayəndələri iştirak edib

    Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin 24 yanvar 2024-cü il tarixli iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olublar. 
    İdarə heyəti iclasının ilk hissəsində Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi ilə TDBB arasında əməkdaşlıq haqqında protokolun imzalanma mərasimi keçirilmişdir. Daha sonra 20 oktyabr 2023-cü il və 24 yanvar 2024-cü il tarixləri arasındakı dövr ərzində TDBB tərəfindən görülən işlər haqqında məlumatlar verilib. Ən önəmli məsələlərdən biri olaraq 2023-cü ildə TDBB-nin qurulmasının 20 illiyi ilə bağlı keçirilən tədbir olmuşdur.  Məlumat üçün qeyd edək ki, TDBB-nin qurulması üçün ilk addım hələ 2000-ci ilin 8 aprelində Bakıda keçirilən Türkdilli Dövlətlərin Başçılarının VI Zirvə görüşündə atılmışdır. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin də təkidiylə qəbul edilən yekun bəyannamənin 10-cu maddəsində “Yerli hökumətlər arasında əməkdaşlığın təkmilləşdirilməsi” qərarı alınmışdır və daha sonra 12 noyabr 2003-cü il tarixində Türkiyə Nazirlər Kabinetinin qərarı ilə TDBB qurulmuşdur. 
    Müzakirə olunan məsələlər arasında TDBB və ABMA-nın birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikası bələdiyyələri ilə Azərbaycan bələdiyyələri arasında həmçinin Bosniya və Herseqovina bələdiyyələri ilə Azərbaycan bələdiyyələri arasında keçirilən təcrübə mübadiləsi proqramları olmuşdur. TDBB-nin Baş Katibi Fahri Solak bildirmişdir ki, 2024-cü ildə qeyd edilən ölkələrin bələdiyyələri arasında təcrübə mübadiləsi məqsədilə rəsmi səfərlər təşkil edilsin və təklif edilmişdir ki, ilkin olaraq Şimali Kipr Türk Respublikası bələdiyyə nümayəndələri tərəfindən Azərbaycana səfər edilsin. TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin daima beynəlxalq təcrübə mübadiləsinə hazır olduğunu qeyd etmiş və bu sahə üzrə əməkdaşlıqların genişləndirilməsini müsbət qiymətləndirmişdir. 
Daha sonra ötən müddət ərzində TDBB tərəfindən görülən işlər haqqında məlumatlar verilib. Bu dövrdə TDBB üzv dövlətlərdə sosial və humanitar layihələr həyata keçirmiş və bır sıra təcrübə mübadiləsi proqramları təşkil edilmişdir. Əlavə olaraq, qarşıda duran müddət ərzində TDBB-nin dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi və bir sıra sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar verilmişdir. Sonda TDBB İdarə Heyətinin üzvləri ev sahibi Zeytinburnu bələdiyyəsinin öz ilçəsində gördüyü işlər ilə yaxından tanış olublar.

Faydalı Linklər