• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

TAMAMİLƏ NAĞDSIZ ÖDƏNİŞLƏRƏ KEÇİD BƏLƏDİYYƏ VƏ VƏTƏNDAŞLARA NƏ VERİR?

Adil Əhmədov -"Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" MMC-nin direktoru 

Bələdiyyələrin tamamilə nağdsız ödəniş sisteminə keçidi vətəndaşlarla yanaşı bələdiyyələrin özləri üçün də inkişafdır. Tamamilə nağdsız ödəniş sisteminə keçid bələdiyyə orqanları ilə vətəndaşlar arasında yerli vergi və ödənişlər üzrə ünsiyyəti minimallaşdırır, şəffaflığı daha da artırır. Yəni bələdiyyələr qapı-qapı düşərək vergi ödənişlərini pərakəndə şəkildə deyil, nizamlı şəkildə toplamış olur.Vətəndaşın bələdiyyə vergisi isə birbaşa bələdiyyə büdcəsinə keçərək yenidən vətəndaşın həmin qəsəbə, kənd ərazisində qaldırdığı problemlərin həllinə yönəlmiş olacaq. Bununla da, bələdiyyə və vətəndaş arasında inam daha da artır. Bundan əlavə bələdiyyə vergisini ödəyən vətəndaş və sahibkar onun köçürdüyü vəsaitin təyinatı və tam məbləği barədə bütün məlumatlara sahib olur. Beləliklə, nağdsız ödəniş sisteminə keçid bələdiyyə orqanları ilə vətəndaşlar arasında şəffaflıq körpüsü yaradır. Yerli (bələdiyyə) vergi və ödənişlərin tamamilə HÖP sisteminə inteqrasiyası ölkənin bütün regionlarında ödənişlərin qəbulunun təmin edilməsinə imkan verir. Yerli (bələdiyyə) büdcə (vergi və) ödənişlərinin mərkəzləşdirilmiş qaydada toplanılması bələdiyyələrdə vergi uçotunun düzgün qurulmasına,onların maliyyə imkanlarının kifayət qədər güclənməsinə şərait yaradacaqdır."Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" MMC-nin direktoru Adil Əhmədov bildirib ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədilə bütün ödənişlərin HÖP üzərindən həyata keçirilməsi bu sahədə şəffaflığı daha da artıracaq. Bütün bələdiyyə ödənişlərin vahid portal yəni HÖP üzərindən aparılması həm də korrupsiya  hallarının qarşısını alacaq. 

Adil Əhmədovun sözlərinə görə,“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi"-nin əsas fəaliyyət istiqaməti bələdiyyə ərazilərində fəaliyyət göstərən tədiyyəçilərin düzgün uçotun qurulmasına, həmçinin hesabatlılığın təmin edilməsi, qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanmasına yönəlib. Eyni zamanda, bələdiyyənin inzibati ərazisində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən, habelə hüquqi və fiziki şəxslərə məxsus dayanacaqlardan alınan ödənişlər düzgün hesablanır. Bundan başqa vətəndaşların bütün növ tədiyyələr üzrə rahat ödəmələr etmələri üçün müvafiq ekosistem yaradılmış olur. Vətəndaşlar bələdiyyələrdən əldə etdikləri YVÖK ilə rahat şəkildə müxtəlif onlayn ödəmə portallarından və ödəmə terminallarından əmlak və torpaq vergilərini ödəməyə malik olur. 

Faydalı Linklər