• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

TÜRK DÜNYASI BƏLƏDİYYƏLƏR BİRLİYİNİN İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI

Qardaşlaşmış şəhər bələdiyyələri arasında protokolun imzalanma mərasimi olub 

Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətinin növbəti iclası Rizə şəhərində keçirilib. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi və bir sira sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar verilib. İclasın ilk hissəsində Rizə (Türkiyə) və Tüp (Qırğızıstan) bələdiyyələri arasında qardaşlaşma protokolunun imzalanma mərasimi olub. Daha sonra TDBB tərəfindən görülən işlər haqqında məlumatlar verilib. Ən önəmli məsələlərdən biri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusunun Bursa şəhərindən Şuşa şəhərinə (Azərbaycan) verilməsi olub. Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxışında Türkiyə və Azərbaycan dövlətlərinin dostluğunu və birgə fəaliyyətini qeyd edib. Bu barədə iclasda iştirak edən Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının məsləhətçisi Rövşən Məmmədov bildirib. Daha sonra xüsusi toxunan xalçalar Təmraz Tağıyev tərəfindən ev sahibi olan Rizə bələdiyyəsinin sədri Rahmi Metine və TDBB-nin sədri Uğur İbrahim Altaya təqdim olunub.  Qeyd edək ki,  Türk Dünyası Bələdiyyələr Birliyinə üzv olan  Albaniya, Fələstin, Bosniya və Herseqovina, Qazaxıstan, Şimali Kipr, Monqolustan, Pakistan, Özbəkistan, Qırğızıstan və bir sıra digər Türk dövlətlərinin bələdiyyələrinin sayı mindən çoxdur.  Azərbaycandan olan bələdiyyələrin sayı isə 289-dur. 

 

Faydalı Linklər