• ABMA Facebook
  • ABMA Twitter
  • ABMA Telegram
  • ABMA Instagram
  • ABMA Youtube

“YASAMAL ƏRAZİSİNDƏKİ"DAĞÜSTÜ 1 QƏBİRİSTANLIĞI”

"ABAD VƏ TƏMİZ QƏBİRİSTANLIQ AYLIĞI"
Yasamal rayonu ərazisində yerləşən “Dağüstü 1 qəbiristanlığı”-nın sahəsi 69,93 ha təşkil edir. Qəbiristanlığa giriş 4 istiqamətdəndir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var. “Dağüstü 1 qəbiristanlığı” 01 avqust 2019-cu il tarixdən Yasamal Bələdiyyəsinin balansına verilib. Elə həmin vaxtdan bu qəbiristanlığa su xətti çəkilməklə yanaşı 4140 kvadrat metr asfalt örtüyü vurulub, işıqlandırma sistemi qurularaq təhlükəsizlik kameraları quraşdırılıb. Bu təhlükəsizlik kameraları vasitəsilə qəbiristanlığa daima nəzarət olunur. Bələdiyyə tərəfindən qəbiristanlığa təyin edilən nəzarətçilər qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların səliqəli saxlanılmasını, qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini təmin edirlər. “Dağüstü 1 qəbiristanlığı”nda müsəlman, xristian və yəhudi məzarlığında abadlıq və təmizlik işləri aparılır, alaq otlarından təmizlənir, dəmir barmaqlıqlar rənglənir və uçub dağılmış qəbirlər bərpa olunur. Qeyd edək ki, may ayının 22-dən iyun ayının 22-dək “abad və təmiz qəbiristanlıq” ayı çərçivəsində təmizlik işləri ölkə üzrə bütün qəbiristanlıqları əhatə edir. 

Faydalı Linklər