Təmraz Tağıyev

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri

Tağıyev Təmraz Tağı oğlu, 15 fevral 1960-cı ildə anadan olub. 1977-1982-ci illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1985-ci ildən özəl sektorda başlayıb. 1986-cı ildə Rabitə Nazirliyinin Avtonəqliyyat müəssisəsində mexanik vəzifəsində, 1988-ci ildə həmin müəssisənin İstismar şöbəsinin müdiri, 1992-ci ildə baş mühəndisi, 1996-cı ildən 2007-ci ilədək həmin müəssisənin direktoru vəzifəsində çalışıb. 2009-cu ildən Nərimanov Bələdiyyəsinin sədridir. 2016-cı ildən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assossiasiyasının sədridir. Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Türk və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Telefon: 012 565 75 52

E-Mail: tamraz.taghiyev@abma.gov.az

Faydalı Linklər