Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri

Hüseynov Hümbət Rəhim oğlu 03 dekabr 1963-cü ildə anadan olub. 1981-1986-cı illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini bitirib. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini başa vurub.

Əmək fəaliyyətinə 1986-1991-ci illərdə Q.Musabəyov adına maşınqayırma zavodunda mühəndis-texnoloq kimi başlayıb. 1993-2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətində başçının köməkçisi, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində Hüquq şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2004-cü ildə respublikada keçirilən II çağırış bələdiyyə seçkilərində iştirak edərək Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilıb. 2006-cı ildən 2009-cu ilədək bələdiyyə sədrinin iqtisadi məsələlər üzrə müavini, sədr əvəzi və sədri vəzifələrinə seçilib. 2009-cu ildə respublikada keçirilən III çağırış, 2014-cü ildə IV çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilıb və bələdiyyə sədri olub. 2012-ci ildə və 2015-ci ildə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri seçilib. Eyni zamanda, Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Texnika elmləri namizədidir.

Alman, rus və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Telefon: 012 565 75 52

E-Mail: humbat.huseynov@abma.gov.az

Faydalı Linklər