Bəhruz Abbasov

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri

Abbasov Bəhruz Mülazim oğlu 10 mart 1992-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes İnzibatçılığı fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini, 2017-ci ildə isə həmin ixtisas üzrə magistraturanı bitirib.

2017-2019-cu illərdə Şəmkir rayonunun Aşağı Seyfəli kənd İnzibati Dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb. 2019-cu və 2025-ci illərdə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü seçilib. 2020-ci ildən Aşağı Seyfəli bələdiyyəsinin sədridir. 21.11.2025-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 1 övladı var.

Türk, rus və ingilis dillərini bilir.

Telefon: 012 565 75 52

E-Mail: bahruz.abbasov@abma.gov.az

Faydalı Linklər