Əli Əkbərli

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi

Əkbərli Əli Zeyni oğlu 20 aprel 1963-cü ildə anadan olub.  1985-ci ildə respublikadan kənarda ali təhsil almağa göndərilmiş, Ukraynada Xarkov Radioelektronika İnstitutunun Elektron texnikası mühəndisliyini, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi  fakultəsini fərqlənmə ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 1985-ci ildə Moskva Tətbiqi Fizika institutunun Bakı filialında mühəndis kimi başlayıb. 1990-ci idən Müdafiə Nazirliyi sistemində baş mühəndis və idarə rəisi vəzifələrində işləyib. 1999-2014-cü illərdə 4 dəfə ardıcıl olaraq  Yasamal  Bələdiyyəsinin  üzvü  seçilib, 2000-2016-cı illərdə Yasamal  Bələdiyyəsinin   sədr  müavini vəzifəsində,  2016 -2022-ci illərdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini vəzifələrində çalışıb.  2023- cü ilin fevral ayından Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi vəzifəsinə təyin olunub. Paralel olaraq elmi- pedaqoji  fəaliyyətlə məşğuldur. 2004- cü ildən başlayaraq Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Biznes Unieristrtndə idarəetmə ixtisasları üzrə fənləri tədris edir. 2021- ci ildən idarəetmə ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədridir. 12 tədris proqramının və  20- dən çox elmi məqalənin müəllifidir. 1993- cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rus dilini bilir.

Ailəlidir iki övladı var.

Telefon: 012 565 75 72

E-Mail: ali.akbarli@abma.gov.az

Faydalı Linklər