Adil Əhmədov

“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC- nin direktoru

Əhmədov Adil Aydın oğlu 27 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını, 2007-cü ildə AMEA-nın Hüquq və Fəlsəfə İnstitutunun Sosial fəlsəfə istiqaməti üzrə aspiranturasında təhsil aldıqdan sonra 2009-cu ildə fəlsəfə doktoru elmi adını almışdır.

2003-2006-cı illərədə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının aparatında müxtəlif vəzifələrdə çalışıb. 2006 - 2008 – ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Istehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzində baş mütəxəssis, 2009 - 2017-ci illərdə “Zaminbank” ASC-də aparıcı mütəxəsssis, şöbə rəisi və filial müdiri, 2018 – 2023-cü illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində şöbə müdiri və departament müdir müavini vəzifələrində çalışıb.

Türk, rus və ingilis dillərini bilir.

Ailəlidir iki övladı var.

Telefon: 012 565 75 50

E-Mail: adil.ahmadov@abma.gov.az

Faydalı Linklər