Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı – 14.11.2025-ci ildə, 74 nümayəndənin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakı Gənclər Mərkəzində keçirilmişdir.
Ümumi Yığıncaqda Milli Assosiasiyaların ötən dövr ərzində fəaliyyətləri barədə hesabatları, Nizamnamələrində ümumi yığıncağın 5 ildən bir keçirilməsini nəzərdə tutan dəyişikliklər, eləcə də təşkilati məsələlər müzakirə olunmuşdur.
2025-ci ilin yanvar ayında keçirilmiş növbəti bələdiyyə seçkilərindən sonra yeni formalaşmış bələdiyyələri təmsil edən nümayəndələr sırasından Milli Assosiasiyaların rəhbər orqanları - assosiasiyların sədrləri, sədr müavinləri, idarə heyətlərinin və nəzarət-təftiş komissiyalarının üzvləri yenidən seçilmişdir.
Həmçinin, Ümumi Yığıncaqda yerli özünüidarəetmə sahəsində mövcud problemlər müzakirə edilmiş, Milli Assosiasiyaların və ölkə bələdiyyələrinin yeni inkişaf mərhələsində növbəti dövr üçün fəaliyyət prioritetləri müəyyənləşdirilmişdir.
Ümumi Yığıncaqda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.