“ABAD VƏ TƏMİZ QƏBİRİSTANLIQ” AYLIĞININ KEÇİRİLMƏSİ QƏRARA ALINDI….

ABMA –nın İdarə Heyətinin növbəti iclası keçirilib 

Bələdiyyə ərazisində mövcüd olan qəbiristanlıqlarda genişmiqyaslı işlərə başlanılır. Bir ay müddətində ölkə üzrə bütün qəbiristanlıqların mühafizə, abadlıq və təmizlik işləri aparılacaq. Bu məqsədlə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü ilə bələdiyyələr tərəfindən may ayının 22-dən etibarən iyun ayının 22-ə dək “Abad və təmiz qəbiristanlıq” aylığına start veriləcək. Elə bu məqsədlə ABMA-nın İdarə Heyəti növbəti iclasını keçirib. İclasda “Abad və təmiz qəbiristanlıq” aylığının keçirilməsi qərara alındı və bələdiyyə sədrlərinə şəhər, qəsəbə və kənd ərazisində mövcüd olan qəbiristanlıqların inventarizasiyasının aparılması, abadlıq- təmizlik işlərinin görülməsi istiqamətində tövsiyələr verilib. Bildirilib ki, bələdiyyələr tərəfindən qəbiristanlığa gedən yollar abadlaşdırılsın, uçulub dağılmış hasar və çəpərlər bərpa edilməklə yanaşı, sahibsiz mal -qaranın qəbiristanlıq ərazsinə daxil olmasının qarşısı alınsın. Eləcə də qəbiristanlıqlarda dağıdılmış baş, sinə daşları əvvəlki vəziyyətinə qaytarılsın. Qəbiristanlıqların və ordakı qəbirlərin mühafizəsini təmin etmək üçün nəzarət müşahidə kameraları quraşdırılsın. Digər bir tövsiyə isə qəbiristanlıqlara su və elektrik xəttlərinin çəkilməsi məsələsi olub. Həmçinin alaq otları basmış qəbiristanlıqların və qəbiryanı ətrafın təmizlənməsi ilə yanaşı, rus qəbiristanlıqlarında baxımsız qalmış qəbirlərin üzərində əyilmiş, yıxılmış xaçların bərpası da bu tövsiyələrdə öz əksini tapıb.

 

 

 

Faydalı Linklər