Xidmətlər

 

  • Maarifləndirici tədbirlərin keçirilməsi;
  • Bələdiyyə sədrlərinin ümumrespublika toplantılarının keçirilməsi;
  • Bələdiyyələrin qabaqcıl iş təcrübəsinin yayılmasına həsr edilmiş konfransların təşkili;
  • Ölkə bələdiyyələrinin qabaqcıl təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” kitabı və bələdiyyələrin yaranması və inkişafı tarixinə həsr edilmiş “Bələdiyyə: Yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli film təqdim edilməsi;
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla əməkdaşlıq edərək bələdiyyələrlə bağlı təkliflərin verilməsi;
  • Referendumlarda və seçkilərdə təşviqat qruplarının yaradılması;
  • Mətbuatda bələdiyyələrin hüquq və mənafelərinin qorunması istiqamətində informasiyaların yerləşdirilməsi;
  • Televiziyada bələdiyyələrə həsr edilmiş dəyirmi masalarda bələdiyyələrin fəaliyyətinin işıqlandırılması;
  • “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələrdə layihələrin kütləviliyinin artırılması;
  • Bələdiyyələrdə “Yerli Demokratiya Həftələri”nin keçirilməsi üçün tövsiyələrin verilməsi;
  • Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarda ölkə bələdiyyələrinin təmsil edilməsi, yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təbliği;
  • Öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları və bələdiyyələr qarşısında məsələlərin qaldırılması, rəy və təkliflərini verilməsi;
  • Bələdiyyə üzvlərinin və qulluqçularının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti orqanların qarşısında məsələlərin qaldırılması, hüquqi yardımın göstərilməsi;
  • Öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatların sərbəst yayılması, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələrinin təsis edilməsi, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələrin yaradılması, buklet, kitab və s. nəşrlərin buraxılması;
  • Şəhər, qəsəbə və kəndlərin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfransların, simpoziumların, forumların, dəyirmi masaların, treninqlərin, seminarların, kursların, sərgilərin, xeyriyyə marafonlarının və başqa tədbirlərin təşkil edilməsi;
  • Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər və sosioloji sorğuların aparılması;
  • Mükafatların, təqaüdlərin təsis edilməsi;
  • Müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyaların və s. yaradılması;
  • Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) vasitəsilə bələdiyyələrdə vergi-uçot sisteminin təşkili ilə bağlı texniki metodiki və digər xidmətlərin göstərilməsi;
  • Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi vasitəsilə bələdiyyələrə yerli vergi və ödənişlərin elektron informasiya vasitələri ilə yığılmasının təşkili;
  • Bələdiyyələrə qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi.

Faydalı Linklər