Xidmətlər
- Maarifləndirici tədbirlərin keçirilməsi;
- Bələdiyyə sədrlərinin ümumrespublika toplantılarının keçirilməsi;
- Bələdiyyələrin qabaqcıl iş təcrübəsinin yayılmasına həsr edilmiş konfransların təşkili;
- Ölkə bələdiyyələrinin qabaqcıl təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” kitabı və bələdiyyələrin yaranması və inkişafı tarixinə həsr edilmiş “Bələdiyyə: Yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli film təqdim edilməsi;
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlarla əməkdaşlıq edərək bələdiyyələrlə bağlı təkliflərin verilməsi;
- Referendumlarda və seçkilərdə təşviqat qruplarının yaradılması;
- Mətbuatda bələdiyyələrin hüquq və mənafelərinin qorunması istiqamətində informasiyaların yerləşdirilməsi;
- Televiziyada bələdiyyələrə həsr edilmiş dəyirmi masalarda bələdiyyələrin fəaliyyətinin işıqlandırılması;
- “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələrdə layihələrin kütləviliyinin artırılması;
- Bələdiyyələrdə “Yerli Demokratiya Həftələri”nin keçirilməsi üçün tövsiyələrin verilməsi;
- Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarda ölkə bələdiyyələrinin təmsil edilməsi, yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təbliği;
- Öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları və bələdiyyələr qarşısında məsələlərin qaldırılması, rəy və təkliflərini verilməsi;
- Bələdiyyə üzvlərinin və qulluqçularının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti orqanların qarşısında məsələlərin qaldırılması, hüquqi yardımın göstərilməsi;
- Öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatların sərbəst yayılması, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələrinin təsis edilməsi, nəşriyyat, poliqrafiya, qanunvericiliklə qadağan olunmayan digər müəssisələrin yaradılması, buklet, kitab və s. nəşrlərin buraxılması;
- Şəhər, qəsəbə və kəndlərin iqtisadi, sosial və ekoloji problemlərinin həllinə xidmət edən konfransların, simpoziumların, forumların, dəyirmi masaların, treninqlərin, seminarların, kursların, sərgilərin, xeyriyyə marafonlarının və başqa tədbirlərin təşkil edilməsi;
- Elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər və sosioloji sorğuların aparılması;
- Mükafatların, təqaüdlərin təsis edilməsi;
- Müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyaların və s. yaradılması;
- Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) vasitəsilə bələdiyyələrdə vergi-uçot sisteminin təşkili ilə bağlı texniki metodiki və digər xidmətlərin göstərilməsi;
- Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi vasitəsilə bələdiyyələrə yerli vergi və ödənişlərin elektron informasiya vasitələri ilə yığılmasının təşkili;
- Bələdiyyələrə qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi.