Demoqrafik İnkişaf Konsepsiyasının icrası ilə bağlı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı və Demoqrafik inkişaf konsepsiyasının icrası ilə əlaqədar Yasamal rayonunda yeni ekoloji aksiya həyata keçirilib. Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası baş tutub. Aksiya MİDA yaşayış kompleksinin ərazisindəki 161 nömrəli tam orta məktəbin həyətində keçirilib. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin rəhbər heyəti, həmçinin gənc könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə iki yüz ağac əkilib.