YARANAN BORCLAR MƏCBURİ QAYDADA ÖDƏNİLƏCƏK
ABMA ölkə bələdiyyələrinin koordinasiyası üzrə missiyasını uğurla davam etdirir
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ölkə bələdiyyələrinin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər görür. Bunlardan biri kimi bələdiyyələr tərəfindən yerli büdcəyə yaranan borcların məcburi qaydada ödənilməsini təmin etməkdir. Bu baxımından ABMA-nın mütəxəssisləri tərəfindən müvafiq məhkəmələrə və icra probasiya şöbələrinə bələdiyyələrin müraciətləri üzrə icraatda olan həmçinin müxtəlif səbəblərdən gecikdirilən iddialar üzrə məlumatlar toplanaraq ümumiləşdirilib. Aparılan təhlillər əsasında icraat işlərinin sürətləndirilməsi üçün ABMA məhkəmə orqanlarının rəhbərliyinə müraciət etməyi planlaşdırıb. Məsələ müsbət həllini tapdığı təqdirdə bələdiyyə büdcələrinə kifayət qədər maliyyə vəsaitinin daxil olması təmin olunacaq. Eyni zamanda məhkəmə və bələdiyyə orqanlarının qarşılıqlı işgüzar fəaliyyəti təmin ediləcək. Nəticədə bu sahədə bələdiyyələrin qarşılaşdığı problem öz həllini tapacaq.