“Ailə kəndli təsərrüfatının inkişafının təşviqi sahəsində mövcud imkanlar” mövzüsunda onlayn formatda görüş keçirilib.
ABMA tərəfindən əməkdaşlığa dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA- ya ünvanlanan məktuba və 2024-cü ilin Tədbirlər planına uyğun olaraq KOBİA-nın təşkilatçılığı ilə 16.02.2024-cü il tarixində “Ailə kəndli təsərrüfatının inkişafının təşviqi sahəsində mövcud imkanlar” mövzüsunda onlayn formatda görüş keçirilib. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, Sahibkarlığın İnkişafı Fondunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq Filiallarının məsul əməkdaşları və bir sıra rayonların KOB dostları iştirak ediblər. Tədbir zamanı müxtəlif qurumların nümayəndələri mövzu ətrafında müzakirələr apararaq bir sıra fikirlər irəli sürüb, təkliflər səsləndiriblər. Tədbirdə iştirak edən Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini, Samux rayonunun Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov və Assosiasiyanın icraçı katibi Vüsal Paşayev öz çıxışlarında xüsusilə kənd bələdiyyələrinin ailə kəndli təsərrüfatlarının işi ilə qarşılıqlı fəaliyyətindən danışaraq, son zamanlar onların sayının azaldığını vurğulayıb və bu cür tədbirlərin müsbət nəticə verəcəyini qeyd ediblər. Tezliklə azad olunmuş torpaqlarda da yeni ailə kəndli təsərrüfatlarının yaradılmasını, insanların məşğulluğunun təmin edilməsini, məhsul istehsalının və rifahının yüksəldilməsini arzu etdiklərini bildiriblər. Bələdiyyələrə qanunla verilmiş ailə kəndli təsərrüfatlarının uçotunun aparılmasının çətinliklərinin maliyyə imkalarına bağlı olduğu və bunun üçün zəruri addımların atılmasının vacibliyi qeyd edilib. Sonda tədbirin işgüzar disskusiya şəraitində keçirildiyi və belə tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyi vurğulanıb.