Bələdiyyələrlə vətəndaşlar arasında olan qarşılıqlı münasibət və bələdiyyə əlçatanlığı nə deməkdir?
Hümbət HÜSEYNOV
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri
Bu gün ölkəmizdəki böyük uğurların, o cümlədən iqtisadi-sosial nailiyyətlərin əldə edilməsi dövlət başçısı cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən mütərrəqqi islahatlara uyğun olaraq dövlətimiz tərəfindən yerli özünüidarəetmə sahəsinə də böyük diqqət və qayğı göstərilib, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb. Yerli özünüidarəetmə orqanları-bələdiyyələr də ölkənin hərtərəfli inkişafına töhfə vermək üçün qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində yerli əhalinin sosial, iqtisadi və ekoloji məsələlərin həllində yaxından iştirak edirlər. Hər bir bələdiyyə öz ərazisində yaşayan əhalinin həyat fəaliyyətini təmin etmək üçün bələdiyyə-vətəndaş münasibətlərinə xüsusi önəm verməlidir. Vətəndaşların sosial sifarişlərindən irəli gələn məsələlərin həllinə konkret, dəqiq və operativ həll etməklə bələdiyyə əlçatanlığına nail olmaq olar. Ümumi məqsədlər-bələdiyyənin ona məxsus ərazinin sosial-iqtisadi inkişafına, arzuolunan nəticələrə dair ümumi konsepsiyasıdır.Təcrübə göstərir ki, sosial-iqtisadi inkişaf məqsədlərinin ierarxiyasının və inkişaf prioritetlərinin sıralanması həmişə mürəkkəblik yaradır. Səbəb aydındır, yerli resusrslar kifayət qədər məhdud, yerli problemlər isə olduqca çox olur. Öz növbəsində, prioritetləşməyə münasibətlə vətəndaşlar arasında konsensus yaratmaq çox çətin olur. Əksəriyyət şəxsi maraqların təsiri altında ərazi üçün vacib olan ayrı-ayrı problemləri yanlış olaraq ya çox öndə görür, ya da tam əksinə. Bütün bunlara baxmayaraq, məqsədlər real (əldə olunması mümkün), ölçülə bilən və konkret olduqda, bu tələblərə uyğun, sistemli tədbirlər həyata keçirməklə vətəndaşların əlçatanlığını təmin etmək olar.