ELAN

BƏLƏDİYYƏ SƏDRLƏRİNİN NƏZƏRİNƏ! 

Bələdiyyə sədrlərinin nəzərinə çatdırırıq ki, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən yerli ödənişlərin düzgün hesablanması və yığılması sahəsində çətinliklərin müzakirə edilməsi məqsədilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələr üçün maarifləndirici görüşün keçirilməsini təşkil edir. Belə ki, bələdiyyələrə çağırış edilərək həmin görüşdə iştirak etmək və mehmanxana, sanatoriya-kurort və turizm müəssisələri ilə yanaşı hüquqi və fiziki şəxslərə məxsus dayanacaqlardan alınan ödənişlər barədə də vergi hesabatlılığı qaydalarından məlumatlı olmaları tövsiyyə olunur. Həmin görüşdə qeyd olunan tədiyəçilərlə səmərəli əməkdaşlığın qurulması, onlarda vergi intizamının yüksəldilməsi və ödənişlərin yerli büdcələrə vaxtında cəlb edilməsi istiqamətində mütəxəssislər tərəfindən maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, görüş iyul ayının əvvəlində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının inzibati binasında bələdiyyələrin və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir. 

Ətraflı məlumat üçün aşağıdakı telefonla əlaqə saxlaya bilərsiniz! 

Tel:(+994 012) 565-75-70

Mob: 050-268-05-43 

Faydalı Linklər