Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi (RMİD) arasında memorandum imzalanıb
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi (RMİD) arasında memorandum imzalanıb
Martın 15-də Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları ilə Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilmişdir. Görüşdə yerli özünüidarəetmə orqanlarının reklam və marketinq sahəsində mövcud vəziyyəti təhlil edilərək bu istiqamətdə müzakirələr aparılıb.
Görüşün sonunda tərəflər arasında memorandum imzalanıb. ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov və RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova tərəfindən imzalanmış memorandum ABMA ilə RMİD arasında faydalı əməkdaşlığın yaradılmasını, maraqların mübadiləsini və ikitərəfli münasibətlərin inkişafını özündə əks etdirir.