ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ

“Heydər Əliyev Azərbaycanda yerli idarəetmənin banisidir”  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan bələdiyyələrinin (şəhər, qəsəbə və kənd) Milli Assosiasiyaları tərəfindən tədbir keçirilib. Əvvəlcə Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyalarının inzibati binasında Ümummilli Liderin barelyefi ziyarət edilib və önünə gül dəstəsi qoyulub. Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən keçrilən “Heydər Əliyev və yerli özünü idarəetmə” adlı tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının ən vacib forması kimi yerli özünüidarəetməyə xüsusi əhəmiyyət verib. Özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib. Bələdiyyə institutunun əsas prioritetlərini də Ulu öndər Heydər Əliyev müəyyən edib. Tədbirdə Ümummilli Lider Heydər Əliyev siyasətinin ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi vurğulanıb. Həmçinin bildirilib ki, Azərbaycanada yerliözünüidarəetmənin yaradılması ulu öndərin adi ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçrilən geniş miqyaslı islahatlar nəticəsində ölkəmizdə yerliözünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür.

 

 

Faydalı Linklər