ABMA-da bələdiyyə idarəçiliyi üzrə silsilə təlimlərə start verilib


Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə bir neçə  istiqamət üzrə təlimlərin keçirilməsinə başlanılmışdır. Bələdiyyələrin fəaliyyətinə dəstək məqsədilə ABMA tərəfindən  aparılan sistemli və məqsədyönlü tədbirlər – bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün vergi-uçot sisteminin sürətli və düzgün təşkili, BAMS proqramının yeni versiyasının tətbiqi və bunlarla bağlı zəruri inteqrasiya proseslərinin reallaşdırılması və icrası zamanı bələdiyyələrdə yaranan çətinliklərin operativ aradan qaldırılması üçün təlimlərin keçirilməsi zəruriyyəti yaranmışdır. Bu məqsədlə bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının öyrənilməsi, BAMS proqramına tələb olunan məlumatların düzgün daxil edilməsi, yerli əhəmiyyətli subvensiya layihələrinin tərtibi və icrası, yerli özünüidarəetmə sahəsində  beynəlxalq  əməkdaşlıq,  kommunikasiya işinin təşkili və digər məsələləri əhatə edən mövzular üzrə təlimlərin davamlı olaraq keçirilməsi planlaşdırılmışdır. 
Peşəkar və təcrübəli mütəxəssislər  tərəfindən aparılan təlimlərin gələcəkdə regionlarda da  keçirilməsi və təlimlərə bələdiyyə üzvlərinin və qulluqçularının cəlb edilməsi nəzərdə tutulur.

Faydalı Linklər