Biləcəri bələdiyyəsi tərəfindən məscid təmir etdirilib
Biləcəri qəsəbəsində yerləşən, şəhərin ən qədim məscidlərindən biri olan (12-ci əsr) Biləcəri məscidinin uzun müddət təmirsiz qalması səbəbindən Biləcəri bələdiyyəsi tərəfindən tam təmir bərpa işləri aparılıb. Ümumi sahəsi 1442 kvm olan binanın özü, hasarı və qədim məscidin gümbəzi qısa zamanda tam təmir olunub. Eyni zamanda binada mövcud olan mikroçatlar aradan qaldırılaraq məscid yenidən sakinlərin istifadəsinə verilib.