Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Türkiyə Bələdiyyələr Birliyi (TBB) arasında görüş keçirilib
Azərbaycanda keçirilən beynəlxaq mötəbər tədbir COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan TBB nümayəndə heyəti ABMA-nı ziyarət etmişdir. ABMA-nın inzibati binasında 19 noyabr 2024-cü il tarixdə keçirilən görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, TBB-nin Planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Cuneyt Türkmen və digər rəsmi şəxslər iştirak etmişlər. Təmraz Tağıyev açılış nitqində ölkələr arası dostluq və qardaşlıq əlaqələrini vurğulamış və bu münasibətlərin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. TBB nümayəndə heyətinin rəhbəri Cuneyt Türkmen çıxış edərək ölkədə keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, ABMA ilə TBB arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə ABMA nümayəndə heyətini Ankaraya dəvət etmişdir. Həmçinin görüşdə yerli özünüidarəetmə üzrə təcrübə və fikir mübadiləsi aparılıb. ABMA-nın Əlaqələndirici Koordinatoru Aydın Muradov, çıxış edərək, Azərbaycanda bələdiyyələrin və milli assosiasiyaların yaradılması, yerli özünüidarəetmə orqanlarının daha səmərəli fəaliyyəti üçün bələdiyyələrin birləşdirilməsi prosesləri və bu zaman qardaş Türkiyənin təcrübəsindən də istifadə edilməsi barədə məlumat verdi. Tədbirin sonda xatirə fotosu çəkildi.