Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA) İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA) İdarə Heyətinin növbədənkənar iclası keçirilmişdir

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında AKBMA-nın İdarə Heyətinin onlayn formatda növbədənkənar iclası keçirilmişdir. İdarə Heyətinin iclasında AKBMA-nın sədri Əli Mehdiyevin istefa ərizəsinə baxılmış, müzakirə edilmiş və onun istefası qəbul edilmişdir. İclasın sədri- Samux rayonunun Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov çıxış edərək bildirmişdir ki, sədrin istefası olduqda AKBMA-nın Nizamnaməsinin 5.12-ci bəndinin tələblərinə uyğun olaraq İdarə Heyətinin qərarı ilə sədrin səlahiyyətləri Ümumi Yığıncağa qədər müavinlərin birinə həvalə olunur. Bu səbəbdən Assosiasiyanın sədr müavini, Ağdaş rayonunun Qulbəndə bələdiyyəsinin sədri Salehova Almaz Yaqut qızının namizədliyi irəli sürülmüşdür. İdarə Heyətinin üzvləri A.Salehovanın namizədliyini müzakirə etmiş və səsvermə yolu ilə AKBMA-nın sədri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə olunmuşdur.

A.Salehova ona göstərilən etimada görə öz təşəkkürünü bildirmiş, məsulliyyəti dərk edərək üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacağını vurğulamışdır.

Bununla da AKBMA-nın İdarə Heyətinin növbədənkənar iclası öz işini yekunlaşdırmışdır.

 

 

ABMA-nın Kommunikasiya şöbəsi

Faydalı Linklər