ABMA ilə Mediasiya Şurası arasında yeni əməkdaşlıq
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) nümayəndələri ilə Mediasiya Şurasının rəsmiləri arasında görüş keçirilib. Görüşdə ABMA-nı Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev, “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov və digər əməkdaşlar, Mediasiya Şurasını isə Şuranın İntizam Komissiyasının sədri Mayıl Əhməd təmsil edib. Görüş zamanı ABMA ilə Mediasiya Şurası arasında yeni əməkdaşlıq imkanları və birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkədə fəaliyyət göstərən mediasiya təşkilatları ilə bələdiyyələrin əlaqələndirilməsi, həmçinin bu sahədə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.