Azərbaycanın və Bosniya və Herseqovinanın bələdiyyə nümayəndələri arasında onlayn görüş keçirilib

Azərbaycanın və  Bosniya və Herseqovinanın bələdiyyə  
nümayəndələri arasında onlayn görüş keçirilib

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı, Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və Bosniya və Herseqovinanın bir sıra bələdiyyə sədrləri və nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüş çərçivəsində iştirakçı dövlətlərdə yerli özünüidarəetmənin işləmə mexanizmləri barədə məlumat verilib. Eyni zamanda tərəflər arasında vergi uçotu, bələdiyyələrin iqtisadi gücü və büdcələri, hotellərdən vergilərin yığılması prosesi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Görüş əsnasında həmçinin yerli özünüidarəetmədə innovasiya və texnologiyaların demokratiyaya təsiri ilə bağlı məsələlər də müzakirə edilib. Görüşün sonunda Azərbaycan ilə Bosniya və Herseqovina bələdiyyələri arasında təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkil olunması təklif olunub.

Faydalı Linklər