Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Mersin şəhər Toroslar bələdiyyəsi görüş keçirib
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) ilə Mersin şəhər Toroslar bələdiyyəsi görüş keçirib
ABMA ilə Mersin şəhər Toroslar bələdiyyəsi arasında Azərbaycan və Türkiyə dostluq və qardaşlıq əlaqələrinə dair görüş keçirilib. ABMA- nın inzibati binasında baş tutmuş görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, Toroslar bələdiyyəsinin sədr müavini və üzvlərindən ibarət 25 nəfərlik heyət, Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyalarının rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə və əməkdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlərin ən yüksək səviyyədə inkişaf etməsinə toxunularaq Toroslar bələdiyyəsinin 2005- ci ildən Yevlax bələdiyyəsi ilə qardaşlaşması vurğulanmışdır. Həmçinin görüşdə yerli idarəetmə üzrə təcrübə və fikir mübadiləsi aparılıb. Sonda hər iki tərəf qarşılıqlı olaraq hədiyyələr təqdim edərək xatirə fotosu çəkilib.