ABMA- da Quba rayon Tüləkəran bələdiyyəsinin sədri ilə görüş keçirilib

ABMA-nın təşəbbüsü ilə Quba rayon Tüləkəran bələdiyyəsinin sədri ilə subvensiya layihəsinin həyata keçirilməsi, lizinq şirkəti ilə əlaqələndirmə, VÖEN- siz obyektlərin vergiyə cəlb olunması ilə bağlı müzakirələrə dair görüş keçirilib. Görüş zamanı adıçəkilən bələdiyyədə İcra və probasiya şöbəsinə yönləndirilən, bələdiyyə vergilərini ödəməyən vətəndaşların çoxluğu da müzakirə edilib. Vətəndaşların vergidən yayınma səbəbləri və bu istiqamətdə mövcud olan problemlərin həlli  ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, bələdiyyə sədrinə müvafiq tövsiyələr verilib. Görüş zamanı həmçinin istifadəsiz qalan pay torpaqlarının baxımsızlıq səbəbindən meşə fonduna verilməsi məsələsi də vurğulanıb.

Faydalı Linklər