Hacı Zeynalabdin bələdiyyəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid övladlarını ziyarət edib
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhəri Hacı Zeynalabdin bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində bələdiyyə tərəfindən qəsəbə ərazisində olan şəhid və aztəminatlı ailələrin uşaqlarına bələdiyyənin hazırladığı hədiyyələr təqdim edilib.
Hacı Zeynalabdin bələdiyyəsinin sədri Əsli Qasımova bildirib ki, şəhid və qazi ailələrinin övladları daim diqqət mərkəzində saxlanılır. Sədrin sözlərinə görə, Hacı Zeynalabdin bələdiyyəsinin təşəbbüsü ilə mütəmadi olaraq bu ailələrin hər biri ziyarət olunur, onları narahat edən məsələlər dinlənilir və bələdiyyədən asılı olan məsələlərə dair müvafiq addımlar atılır.